top of page
Teeth Whitening Procedure

Diş ağartma nədir və klinikada diş rəngi açılması üsulları
 

1. Diş Ağartma-LED (Zoom) Ağartma

  • Diş ağartma üsullarından Philips Zoom 4 cihazı ilə olan üsul daha effektiv sayılır. Bu üsulda dişlərə çəkilən xüsusi gel müasir LED işıq lampaları vasitəsilə aktivləşdirilir.

  • Cəmi bir seansda Zoom 4 ağartma ilə (45-60 dəqiqə) dişlərin rəngi təhlükəsiz şəkildə 5-8 ton açılır.

2. Lazerlə Diş Ağartma (Teeth whitening)

  • Ağardıcı maddəni aktivləşdirmək üçün yüksək konsentrasiyalı lazer şüalarından istifadə olunur.

  • Diş minasına zərər vermədən ən dərin ləkələrə nüfuz edir və çox uzunmüddətli bəyazlıq təmin edir. Bu diş ağartma üsuluna tez-tez müraciət edilir.

3. Diş Ağartma- Kimyəvi  Üsul

  • Heç bir işıq və ya lazer cihazı olmadan, yalnız xüsusi gellərin daxili reaksiyası ilə aparılır.

  • İşıq sistemlərinə qarşı həssaslığı olan pasiyentlər üçün  bu diş ağartma  daha yumşaq və büdcəyə uyğun seçimdir.

Daxili Diş Ağartma-Endodontik

  • Bütöv ağıza deyil, yalnız kanal müalicəsindən sonra rəngi qaralmış tək dişə tətbiq edilən üsula endodontik(diş ağartma) üsul deyilir

  • Bu diş ağartma üsulunda ağardıcı maddə dişin daxilinə yerləşdirilir və bir neçə seansa diş əvvəlki rənginə qaytarılır. 

    Dişlərin evdə deyil, klinikada ağardılmasının ən böyük üstünlüyü təhlükəsizlik, sürətli nəticə və diş minasının qorunmasıdır. Ev şəraitində edilən prosedurlar nəzarətsiz olduqda dişlərə ciddi zərər vura bilər. Bütün növ professional diş ağartma üçün RealDent  klinikasına  müraciət edə bilərsiniz.

diş ağartma

Diş Ağartma Klinika Daxilində Olduqda Hansı  Üstünlükləri Var? 

Təhlükəsizlik və mina qorunması

Klinikada icra edilən peşəkar diş ağartma proseduru tamamilə təhlükəsizdir və mina qatını qoruyur:

  • Həkim nəzarəti: Stomatoloq dişlərinizin vəziyyətini əvvəlcədən qiymətləndirir.

  • Gingival qoruma: Diş ətləriniz xüsusi maddələrlə kimyəvi yanıqlardan qorunur.

  • Zərərsiz konsentrasiya: Diş ağartma üçün istifadə olunan gellərin dozası minaya zərər verməyəcək şəkildə nizamlanır.

  • Tək seansda effekt: Klinikada cəmi 45-60 dəqiqəyə nəticə əldə edilir.

  • Maksimum ağlıq: Dişlərin rəngi 3 tondan 8 tona qədər açılır.

  • Davamlılıq: Peşəkar ağartmanın effekti ev üsullarına nisbətən daha uzun müddət qalır.

Problemlərin Əvvəlcədən Həlli

Uğurlu və ağrısız bir diş ağartma nəticəsi üçün prosedurdan əvvəl mövcud problemlər həll olunmalıdır:

  • Karies təmizliyi: Çürük dişə ağardıcı maddə dəydikdə şiddətli ağrı və sinir zədələnməsi yaradır. Klinikada bu risk öncədən aradan qaldırılır.

  • Diş daşlarının təmizlənməsi: Daş və ərp təmizlənmədən edilən ağartma dişdə ləkələr qoyur.

Lazerlə Diş Ağartma (Bleaching) və Philips Zoom 4 Arasındakı Fərqlər

Klinikada diş ağartma (diş rənginin açılması) metodunu seçərkən lazer texnologiyası ilə Philips Zoom 4 sistemi arasındakı fərqləri bilmək olduqca vacibdir. Hər iki üsul peşəkar olsa da, texnologiya və nəticə baxımından fərqlənir.

1. İşıq Mənbəyi
•    Lazerlə ağartma (Bleaching): Fokuslanmış, nöqtəvi lazer şüasından istifadə olunur 
•    Philips Zoom 4: Xüsusi soyuq mavi LED lampası tətbiq edilir.

 2. Təsir Mexanizmi
•    Lazerlə ağartma: Dişlər tək-tək və ya kiçik qruplar halında ağardılır 
•    Philips Zoom 4: Hər iki çənədəki bütün dişlər eyni anda ağardılır. 

3. Mina Qorunması
•    Lazerlə ağartma: Gelin tərkibindən asılı olaraq standart qoruma təmin edilir 
•    Philips Zoom 4: Tərkibindəki patentli ACP (Kalsium Fosfat) formulu ilə diş minasını mikrosəviyyədə gücləndirir. 

4. İstilik və Həssaslıq
•    Lazerlə ağartma: İstilik yarada bilər və bu da müvəqqəti həssaslığa səbəb ola bilər 
•    Philips Zoom 4: İnfraqırmızı şüaları filtr edir, istilik yaratmır və həssaslığı minimuma endirir. 

 5. Diş Rəngi Açılma Dərəcəsi
•    Lazerlə ağartma: Orta hesabla 4–6 ton açılma 
•    Philips Zoom 4: 8–10 tona qədər diş beyazlatma imkanı. 

6. Diş ağartma Prosedur Müddəti
•    Lazerlə ağartma:  Dişlər ayrı-ayrılıqda işlənildiyi üçün daha uzun çəkə bilər, daha sadə və klassik üsul
•    Philips Zoom 4: 45–60 dəqiqə (adətən 15 dəqiqəlik 3 mərhələ); daha müasir, sürətli və güclü nəticə verən sistem.

Diş Ağartma Proseduru zamanı və ya sonra güclü ağrı, həssaslıq olur mu?

C82D6DF7-E50D-4A77-98C7-E885054CB930-2(1).jpg

Pasiyentin narahatlığı: Dişlərdə yaranan ani sızıltılar (tok vurması kimi
hisslər) pasiyentləri ən çox qorxudan məqamdır.
Həqiqət: Müasir Zoom 4 cihazlarında işıq dərəcəsi tənzimlənə bildiyi üçün
həssaslıq minimumdur, yaranan yüngül sızıltı isə maksimum 24 saat ərzində
tamamilə keçib gedir.

Ağardılmış dişlərin effekti nə qədər müddət qalır?

  • Pasiyentin narahatlığı: Diş ağartma zamanı və ya prosedurdan sonra yaranan ani sızıltılar (tok vurması kimi hisslər) pasiyentləri ən çox qorxudan məqamdır.

  • Həqiqət: Müasir Zoom 4 cihazlarında işıq dərəcəsi tənzimlənə bildiyi üçün diş ağartma sonrası həssaslıq minimumdur. Yaranan yüngül sızıltı isə maksimum 24 saat ərzində tamamilə keçib gedir.

Plomb, vinir və ya qapaqlar (koronkalar) da Zoom ilə ağarırmı?

Pasiyentin narahatlığı: Ön dişlərində restavrasiya olan şəxslər prosedurdan
sonra dişlərinin rəngbərəng görünəcəyindən ehtiyat edirlər.
 Həqiqət: Heç bir süni material (plomb, keramika, vinir) ağardıcı gellərlə
ağarmır, buna görə də öncə dişlər ağardılmalı, sonra isə köhnə plomblar yeni
rəngə uyğun dəyişdirilməlidir.

Diş ağartma proseduru diş minasına zərər verir mi?

Pasiyentin narahatlığı: İnsanlar ağardıcı gellərin və LED işığın dişləri
aşındıracağından və gələcəkdə tez çürüdəcəyindən qorxurlar.
 Həqiqət: Peşəkar klinikada həkim nəzarəti ilə edilən Zoom  diş ağartması diş
minasına zərər vermir, çünki minanın strukturunu deyil, yalnız daxilindəki
piqmentləri parçalayır.

Diş pastaları və kömür tozları dişləri klinikadakı kimi diş ağarda bilərmi?

Pasiyentin narahatlığı: İnsanlar reklam olunan ağardıcı pastaların və ya
trend olan kömür tozlarının peşəkar ağartmanı əvəz edib-etməyəcəyini
soruşurlar.

Həqiqət: Ağardıcı pastalar və kömür tozları dişin daxili rəngini dəyişmir,
sadəcə səthdəki siqaret və qəhvə ləkələrini mexaniki sürtünmə ilə təmizləyir.
Daxili diş ağartma etmədiyi üçün klinikadakı Zoom və ya Lazer effektini
vermir, üstəlik kömür tozları tez-tez istifadə edildikdə diş minasını cızaraq
zədələyir.

Hamiləlik Dövründə Diş Bəyazladılması Doğrudurmu?

Gözlənilən və ya yeni ana olmuş xanımların ən çox maraqlandığı mövzulardan biri də hamiləlik zamanı dişlərin ağardılması prosesinin körpəyə zərərinin olub-olmamasıdır. Klinik araşdırmalar göstərir ki, hamiləlik və laktasiya (südvermə) dövründə peşəkar teeth whitening gellərinin istifadəsi tövsiyə edilmir.

 

Bunun əsas səbəbi ağardıcı maddələrin tərkibindəki peroksidlərin diş əti vasitəsilə qana və ya südə keçmə riskinin tam öyrənilməməsidir. Əgər estetik bir görünüş xəyal edirsinizsə, bu növ diş ağartma prosedurlarını südvermə dövrünün sonuna təxirə salmaq, bu müddətdə isə sadəcə zərərsiz mexaniki təmizləmə ilə kifayətlənmək ən təhlükəsiz addımdır.

Diş Ağartma Qiymətləri Nəyə Əsasən Təyin Olunur?

Stomatologiyada diş bəyazladılması qiymətləri sabit deyil və bir neçə amildən asılı olaraq dəyişir. İlk növbədə, tətbiq olunan texnologiya qiymətə birbaşa təsir edir; məsələn, Philips Zoom 4 sistemi klassik kimyəvi metodlara və ya bəzi lazer aparatlarına nisbətən daha premium xidmət qrupuna daxildir. Digər tərəfdən, bleaching prosedurundan əvvəl ağız boşluğunda kariesin müalicəsi və ya ultrasəs aparatı ilə diş daşlarının təmizlənməsi kimi hazırlıq mərhələlərinin lazım olub-olmaması da ümumi büdcəni dəyişir. Doğru bir qiymətləndirmə üçün stomatoloqun fərdi olaraq diş minasını və rəng tonunu analiz etməsi lazımdır.

Klinikada diş ağartmağın əsas üstünlükləri bunlardır:

Рабочие дни

ПОНЕДЕЛЬНИК - СУББОТА

 

10:00 - 20:00

ВОСКРЕСЕНЬЕ – НЕРАБОЧИЙ ДЕНЬ

АДРЕС

проспект 8 Ноября, 15, Azure Residence, здание Megafun

  • Instagram
  • Facebook
  • LinkedIn
  • YouTube

Контактный номер|+994502354333

ag.png
bottom of page