top of page
image.png

Elayner diş nədir? Breketlərdən əsas fərqləri

Elayner diş – dişlərin düzləşdirilməsi üçün istifadə olunan şəffaf ortodontik cihazlardır. Onlar ənənəvi breket sistemlərinə alternativ olaraq hazırlanmışdır. Bu onlara həm funksional, həm də estetik baxımdan üstünlüklər təqdim edir. Elaynerlər plastik materialdan fərdi olaraq hazırlanır və xəstənin dişlərinə tam uyğun olur. Müalicə zamanı pasiyent bir neçə mərhələli Elayner diş dəstinə sahib olur. Bu elaynerlər  müəyyən ardıcıllıqla dəyişdirilir. Ən məşhur elayner sistemlərindən biri olan FAS Forestadent (Almaniya), yalnız ortodont ixtisaslı mütəxəssislər tərəfindən tətbiq olunmalıdır. Diş həkimləri ortodontların keçdiyi əlavə ixtisaslaşmadıqları  üçün  nəticələri daha zəif olmasına ola bilər.

1 (1).jpg

Elayner diş (şəffaf breketlərin) qiymətləri

Şəffaf kappalar və ya elaynerlərin qiyməti bir sıra amillərdən asılı olaraq dəyişir:

  • İstifadə olunan elayner sisteminin markası (məsələn, FAS, Invisalign, ClearCorrect, Spark və s.)

  • Müalicənin müddəti və çətinlik dərəcəsi

  • Seçilmiş klinikanın texnoloji imkanları və ortodontun təcrübəsi

Azərbaycanda elaynerlərin qiyməti təxminən 1500 AZN-dən başlayaraq 5000 AZN-ə qədər yüksələ bilər. RealDent klinikasında həm beynəlxalq elayner sistemləri, həm də klinikamızın peşəkar ortodontlarının uzunmüddətli təcrübəsinə əsaslanaraq hazırlanmış özəl ReaLigner sistemi təqdim olunur.

Əgər Bakıda şəffaf elaynerlərlə ortodontik müalicə almaq istəyirsinizsə, RealDent klinikasına müraciət edə bilərsiniz.

Elayner müalicəsi necə təyin edilir?

Elayner müalicəsi pasiyentin ağız boşluğunun ətraflı müayinəsi ilə başlayır. Müalicə prosesi aşağıdakı mərhələləri əhatə edir:

  • Rentgen, foto və skan – Dişlərin 3D rəqəmsal modeli hazırlanır.

  • Ortodontik plan – Dişlərin hansı istiqamətdə hərəkət edəcəyi müəyyən edilir. RealDent klinikasında Formlabs Form 2 (ABŞ istehsalı) 3D printeri və TRACK® Pci (Almaniya istehsalı) termoformlaşdırma cihazı kimi müasir avadanlıqlar mövcuddur. Bu texnoloji imkanlar sayəsində elaynerlər klinika daxilində, əlavə göndərişə ehtiyac olmadan hazırlanır. Nəticədə müalicə prosesi həm daha sürətli, həm də dəqiq olur.

Müalicə planı – Hazırlanmış ortodontik plan əsasında lazım olduqda düzəlişlər aparılır. Son təsdiqdən sonra elaynerlərin dəqiq sayı və mərhələləri müəyyən edilir.

Elaynerlərin hazırlanması – Təsdiqlənmiş plana əsasən elayner modelləri hazırlanır və istehsal prosesi həyata keçirilir.

Elayner diş müalicəsinin breketlərdən fərqi

Elayner və breketlər arasındakı əsas fərqlər:

  1. Görünüş baxımından elaynerlər şəffaf olur və çöldən demək olar ki, görünmür. Ənənəvi breketlər isə metal tellərlə nəzərə çarpır.

  2. Rahatlıq baxımından elaynerlər çıxarıla bilən quruluşda olduğu üçün yemək və diş fırçalama zamanı narahatlıq yaratmır. Ənənəvi breketlər isə daimi şəkildə dişlərə yapışdırıldığı üçün çıxarılmır və bəzi hallarda narahatlıq yarada bilər.

  3. Gigiyenaya gəldikdə, elaynerlər asanlıqla təmizlənə bilir. Breketlər isə ağız boşluğunda daha çox qida qalığı saxladığı üçün onları təmizləmək daha çətindir.

  4. Müalicə müddəti baxımından, bəzi hallarda elaynerlərlə müalicə ənənəvi breketlərə nisbətən daha qısa çəkə bilər. Lakin bu, pasiyentin probleminin ağırlığından və uyğunluq səviyyəsindən asılıdır.

Şəffaf kappa taxmaq pasiyentə daha rahat hiss etdirir.  Lakin bu cihazların effektivliyi onların düzgün və ardıcıl taxılmasından asılıdır. Gündəlik təxminən 20–22 saat taxılmalıdır.  Yalnız yemək və diş fırçalama zamanı çıxarılmalıdır. Əks halda yeni **elayner diş  ağıza düzgün “oturmayacaq”.​

Elayner hansı cihazla hazırlanır?

Elaynerlər ən son texnologiyalarla, xüsusilə intraoral skaner, 3D dental printer və termoformlaşdırma avadanlıqları kimi cihazlarla hazırlanır. RealDent klinikasında Almaniyanın Sirona intraoral skaneri, ABŞ istehsalı olan Formlabs Form 2 3D printeri və Almaniyanın Forestadent brendinə aid TRACK® Pci termoformlaşdırma cihazı da istifadə olunur. Bu müasir texnologiyalar elaynerlərin həm dəqiqliyini, həm də keyfiyyətini təmin edir.

• Dişlər daha dəqiq ölçülür
• Kappar daha sürətli hazırlanır
• Nəticə daha dəqiq və effektiv olur

Bu texnologiyalar sayəsində elayner müalicəsi həm sürətli, həm də yüksək dəqiqliklə icra olunur.

Elayner diş müalicəsinin müddəti və hansı yaşlarda taxmaq olar?

Ortodont həkiminizin  təyin etdiyi müddətlərə uyğun olaraq şəffaf kappalar zamanla dəyişdirilməlidir. Əksər hallarda hər 1–2 həftədən bir yeni elayner diş ilə davam etmək tövsiyə olunur. Hər yeni kappa taxmazdan əvvəl və sonra dişlər mütləq şəkildə fırçalanmalıdır. Dırnaq yemək, qələm çeynəmək kimi vərdişlərdən uzaq durmaq vacibdir. Bu cür vərdişlər elaynerlərin deformasiya olunmasına səbəb ola bilər və bu da ümumi müalicə prosesinə mənfi təsir göstərəcəkdir.

Şəffaf breket( elayner) müalicəsi adətən 6 ay – 18 ay arasında davam edir. Müalicə müddəti aşağıdakılardan asılıdır:

  • Dişlərin əyriliyi və mövcud problemin dərəcəsi

  • Pasiyentin yaş dövrü və sümük elastikliyi

  • Elaynerlərin düzgün və ardıcıl istifadəsi

Elaynerlər əsasən 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulur. Uşaqlarda və yeniyetmələrdə istifadə yalnız ortodontun göstərişi ilə mümkündür.

Müalicə bitdikdən sonra bəzi hallarda “refinement tray” (dəqiqləşdirmə kappları) lazım ola bilər.

Elayner diş üçün klinika seçimi – RealDent bu sahədə mütəxəssisdir

Elayner müalicəsi təcrübə, texnologiya və düzgün planlama tələb edir. Elayner üçün diş klinikası seçərkən aşağıdakı məqamlara diqqət yetirilməlidir:

·         Ortodontun bu sahədə təcrübəsi

·         3D texnologiyaların mövcudluğu

·         Beynəlxalq elayner sistemləri ilə işləmə imkanı

·         Müalicə planının şəffaf və izlənəbilən olması

RealDent klinikası elaynerlərlə ortodontik müalicə sahəsində peşəkar ortodontlar, rəqəmsal texnologiyalar və yüksək pasiyent məmnuniyyəti ilə tanınır. Klinika həm beynəlxalq, həm də yerli elayner sistemləri təklif edir.

whatsapp.png

İŞ GÜNLƏRİ

BAZAR ERTƏSİ - ŞƏNBƏ 

10:00 - 20:00 

BAZAR - QEYRİ İŞ GÜNÜ

ÜNVAN

8 Noyabr pr. 15, Azure Residence

Megafun Building

  • Instagram
  • Facebook
  • LinkedIn
  • YouTube

Bizə zəng edin |+994502354333

ag.png
bottom of page