
Metal Breketlər
Ortodontik müalicələrdə istifadə olunan liqaturlu və liqatursuz breket sistemləri uzun zamandır istifadə edilən və müalicədə yüksək nəticələr əldə edilən metal breket sistemləridir. Liqaturlu breketlər klassik üsul olub elastik bağlarla telin breketə bərkidilməsi ilə tanınır. Liqatursuz breketlər isə daha müasir texnologiyaya əsaslanaraq, elastiklərsiz – öz-özünə bağlanan mexanizmlə işləyir. Hər iki sistemin funksionallığı və üstünlükləri fərqli olduğu üçün seçim pasiyent ehtiyaclarına və həkim məsləhətinə əsasən edilir.

Liqaturlu Metal Breket
Liqaturlu breketlər, ortodontik müalicədə istifadə olunan klassik breket növlərindən biridir. Ənənəvi olaraq metal breketlər formasında tətbiq olunan bu sistemdə ortodontik tel, hər bir breketə elastik rezin halqalar (ligaturalar) vasitəsilə bərkidilir. Liqaturlu sistem, həm sadə, həm də kompleks hallarda dişlərin düzgün sıralanmasını təmin etmək üçün effektiv və geniş yayılmış bir üsuldur. Digər breket növləri ilə müqayisədə daha sərfəli və praktik olması səbəbindən tez-tez üstünlük verilir.

Liqatursuz Metal Breket
Liqatursuz breketlər, ortodontik telin breketə bərkidilməsi üçün əlavə rezin halqalara ehtiyac duymayan müasir sistemlərdir. Tel, xüsusi klip və ya sürüşmə mexanizmi vasitəsilə breketdə sabitlənir. Estetik və funksional baxımdan rahat və effektiv seçim sayılır. Real Dent klinikasında bu metal breketlər, peşəkar ortodont həkim tərəfindən tətbiq olunur. Qısa müddətdə real nəticələr əldə etmək üçün bizə müraciət edin.

Metal breketlər haqqında sual-cavab
Metal breketlər ağrılıdırmı? Metal brektlərdən ən çox ağrılısı liqaturlu beketlərdir.
Liqatursuz breketlərin üstünlükləri nələrdir? Liqatursuz sistemlər: daha az müayinə tələb edir (çünki kliplər rahat tənzimlənir), ortodontik müalicə müddətini qısalda bilər, daha az ağız içi qıcıqlanma yaradır, estetik cəhətdən daha səliqəli görünür.
Liqaturlu və liqatursuz metal breketlər arasında fərq nədir? Liqaturlu breketlər – telin breketə bərkidilməsi üçün rezin və ya metal halqalardan istifadə olunur. Liqatursuz breketlər isə – xüsusi klip və ya mexanizm vasitəsilə teli tutaraq əlavə bağlayıcıya ehtiyac duymur. Bu, onların daha müasir və daha rahat bir sistem olmasına imkan verir.
Liqaturlu breketlər daha sərfəlidirmi? Bəli, adətən liqaturlu breketlər qiymət baxımından daha sərfəlidir. Lakin daha çox nəzarət və tez-tez müayinələr tələb etdiyinə görə uzunmüddətli komfort baxımından liqatursuz modellər üstün sayılır.