top of page

Ortodontiya Nədir? Ortodontiya Haqqında Hər Şey(2026)

  • Jul 22
  • 3 min read

Updated: 2 days ago


Stomatologiyanın diş-çənə sistemindəki anomaliyaların, əyriliklərin və struktur pozuntularının diaqnostikası, profilaktikası və müalicəsi ilə məşğul olan xüsusi bir qoluna ortodontiya deyilir. Bir çox insan ortodontik müalicəni (məsələn, breketləri) sadəcə vizual gözəllik üçün hesab etsə də, bu sahənin əsas məqsədi ağız və üz nahiyəsinin ümumi sağlamlığını təmin etməkdir.


Ortodontiyanın əsas problemi: Maloklyuziya Nədir?

Alt və yuxarı çənənin bir-biri ilə düzgün uzlaşmaması, yəni dişlərin təbii şəkildə qapanmamasına ortodontiyada maloklyuziya deyilir. Bu, sadəcə estetik qüsur deyil; çeynəməkdən tutmuş danışığa, hətta çənə oynağının sağlamlığına qədər hər şeyə birbaşa təsir edən ciddi bir ortodontik problemdir.

Ortodontiya

Ortodontiya müalicəsi öncəsi hansı təyin olunan müayinələr

RealDent klinikasında ortodontiya üzrə breket və ya elayner (şəffaf qapaqlar) müalicəsi hərtərəfli diaqnostikaya və fərdi yanaşmaya əsaslanır. Nəticənin dəqiq və estetik olması üçün ortodontik müalicə aşağıdakı ardıcıllıqla həyata keçirilir:

  • İlkin məsləhətləşmə və anamnez: Pasiyentin fiziki müayinəsi aparılır, keçirilmiş xəstəliklər və dişlərin ümumi vəziyyəti barədə məlumat toplanır.

  • Rəqəmsal ölçü: Ənənəvi pastalar əvəzinə müasir ağızdaxili (intraoral) skanerlə rəqəmsal ölçü götürülür.

  • Foto-sənədləşdirmə: Müalicənin gedişatını və nəticəsini izləmək üçün dişlərin fotoları çəkilir.

  • Rentgen diaqnostikası: Çənə və diş köklərinin vəziyyətini görmək üçün panoramik (OPG) və yan sefalometrik (Ceph) rentgenlər (lazım gələrsə, 3D DVT) çəkilir.

  • Müalicə planı və izləmə: Toplanan məlumatlar əsasında mütəxəssis tərəfindən breket və ya elayner müalicəsi seçilir.


Breket müalicəsi nə qədər davam edir?

Müalicə orta hesabla 1–2 il davam edir və pasiyentin ayda 1 dəfə müayinəyə gəlməsi tələb olunur. Müalicənin dəqiq müddətini qabaqcadan söyləmək çətindir; çünki bu müddət əsasən pasiyentin yaşı, sümük quruluşu, problemin dərəcəsi və bioloji cavab reaksiyası kimi fərdi amillərdən asılıdır.


Ortodontik müalicənin mərhələləri


1. Diqnostika və Planlama (Müayinə Mərhələsi)

Həkim pasiyentin ağız boşluğunu müayinə edir, rentgen (OPG/3D CBCT), 3D ağızdaxili skan və fotoşəkillər çəkir. Problem analiz olunur və fərdi müalicə planı hazırlanır.

2. Ağız Boşluğunun Hazırlanması (Sanasiya)

Breketlər qoyulmazdan əvvəl bütün çürük dişlər müalicə olunur, daşlar təmizlənir və diş əti sağlamlaşdırılır. Ehtiyac olarsa, müalicəyə mane olan dişlər çıxarılır.

3. Aktiv Müalicə (Aparatların Taxılması və Düzəlmə)

Sistem (breket və ya elayner) dişlərə bərkidilir. Pasiyent ayda 1 dəfə kontrola gəlir, tbellər/rezinlər dəyişdirilir və dişlər tədricən doğru mövqeyə sürüşdürülür.

4. Retensiya Mərhələsi (Nəticənin Qorunması)

Breketlər çıxarıldıqdan sonra dişlərin əvvəlki yerinə qayıtmaması üçün dişlərin arxasına görünməz tel (riteyner) yapışdırılır və ya gecə kappaları verilir.

Ortodontik Müalicənin Əsas 4 Faydası

Sadəcə vizual bir gözəllik bəxş etməyən, həm də ağız və ümumi bədən sağlamlığı üçün bir çox mühüm üstünlüklər yaradan müalicə məhz ortodontik müalicədir. Dişlərin düzgün hizalanmasının əsas faydaları aşağıdakılardır:

1.     Özünəinamın və Psixoloji Rahatlığın Artması: Ortodontiya ilə estetik və qüsursuz bir təbəssüm insanın cəmiyyət içində özünü daha rahat hiss etməsinə birbaşa təsir edir.

2.     Çeynəmə və Nitq Funksiyasının Yaxşılaşması: Dişlər doğru yerləşdikdə qidalar daha rahat çeynənilir (bu da həzm sistemini qoruyur) və ortodontik müalicə sayəsində səslər daha aydın, düzgün tələffüz olunur.

3.     Kariyes Riskinin Minimuma Enməsi: Əyri və sıx dişlərin arasında qida qalıqları daha çox toplanır və onları fırçalamaq çətin olur. Ortodontiya vasitəsilə dişlər doğru hizada düzüldükdə diş çürüməsi riski əhəmiyyətli dərəcədə azalır.

4.     Diş Əti Zədələnmələrinin və Travmaların Qarşısının Alınması: Yanlış qapanma (maloklyuziya) zamanı dişlər bir-birinə və ya qarşı tərəfin diş ətinə həddindən artıq təzyiq göstərir. Ortodontik breket müalicəsi sayəsində diş ətlərinin zədələnməsi, aşınması və travma riski ortadan qalxır.


Ortodontiyada İstifadə Olunan Əsas Üsullar və Aparatlar

  • Metalik breketlər: Ən geniş yayılmış, yüksək effektivliyə və dözümlülüyə malik ənənəvi sistemdir.

  • Estetik (keramik və sapfir) breketlər: Diş rəngində və ya şəffaf olduğu üçün diş üzərində çox az görünür.

  • Lingual breketlər: Dişlərin arxa (daxili) səthinə taxılır və xaricdən tamamilə görünməzdir. Ortodontiyada uğurla istifadə olunur.

  • Özündən bağlanan (Damon) breketlər: Dişləri daha az sürtünmə ilə hərəkət etdirən xüsusi qapaqlı breket növüdür.

  • Şəffaf plaklar (Invisalign): Taxılıb-çıxarılan, demək olar ki, tamamilə görünməyən və yüksək estetik üstünlüyə malik müasir ortodontik müalicə üsuludur.

  • Çıxarıla bilən (plastinka) aparatlar: Uşaqlarda çənə inkişafını yönləndirmək üçün erkən dövrdə istifadə edilən cihazlardır.

  • Çənə genişləndirici cihazlar: Dar damaq və diş sıxlığı hallarında çənə darlığı problemini aradan qaldırmaq, sümük strukturunu ideal ölçülərə çatdırmaq üçün tətbiq olunur. RPE aparatı, Marco Rossa aparatı və mikro-implant dəstəkli genişləndiricilər bu sistemə aiddir.

  • Müalicə sonrası qoruyucu aparatlar (Riteynerlər): Ortodontiya sahəsində müalicə bitdikdən sonra düzəlmiş dişlərin əvvəlki əyri vəziyyətinə qayıtmasının qarşısını almaq üçün istifadə olunan sabit və ya hərəkətli tellərdir.

Meyarlar

Metal Breketlər

Estetik (Keramika/Sapfir) Breketlər

Şəffaf Kapalar (Aligner/Invisalign)

Görünüş

Çox görünür Demək olar ki, görünmür

Az görünür

Demək olar ki, görünmür

Qidalanma

Bəzi bərk və yapışqan qidalar qadağandır

Bərk qidalara diqqət edilməlidir

Məhdudiyyət yoxdur (yeyəndə çıxarılır)

Müalicə müddəti

12–24 ay (mürəkkəb hallarda effektivdir)

12–24 ay

6–18 ay (yüngül və orta hallarda)


RealDent Klinikasında Müasir Ortodontik Müalicə


Gözəl və düzgün diş sırasına sahib olmaq üçün RealDent klinikasında qabaqcıl ortodontik müalicə üsulları tətbiq olunur. Təcrübəli ortodontlarımız tərəfindən hər bir pasiyentə fərdi yanaşılır, estetik breketlər və şəffaf kapalar (elaynerlər) vasitəsilə diskluziyalar (diş əyrilikləri) kökündən həll edilir. Ən son texnologiyalara əsaslanan müayinə və müalicə konseptimiz sayəsində həm uşaqlar, həm də böyüklər üçün qısa zamanda sağlam və estetik təbəssüm təmin edilir.



 

 






Comments


İŞ GÜNLƏRİ

BAZAR ERTƏSİ - ŞƏNBƏ 

10:00 - 20:00 

BAZAR - QEYRİ İŞ GÜNÜ

ÜNVAN

8 Noyabr pr. 15, Azure Residence

Megafun Building

  • Instagram
  • Facebook
  • LinkedIn
  • YouTube

Bizə zəng edin |+994502354333

ag.png
bottom of page