
Linqval breket nədir?
Ənənəvi breketlərdən fərqli olaraq, linqval breketlər dişlərin ön hissəsində deyil, arxasında (dil və damaq tərəflərində) yerləşdiyi üçün görünməzdir. Bu, estetik baxımdan böyük üstünlük təmin edir, çünki müalicə zamanı breketlər heç bir şəkildə gözə çarpmır. Linqval breketlər həmçinin dişlərdəki sıxlıq, qeyri-bərabər düzülüş və digər ortodontik problemləri düzəltmək üçün istifadə edilir. Estetik cəhətdən daha az nəzərə çarpan və müalicə müddətində daha rahat olmaq istəyən insanlar üçün mükəmməl bir seçimdir.
Linqval Breketlər: Görünməz Diş Teli ilə Estetik Həll!

Görünməz: Linqval breketləri tamamilə görünməzdir, bu da onları peşəkar və şəxsi səbəblərlə diş müalicəsi etmək istəməyən xəstələr üçün mükəmməl bir həll edir. Artıq diş düzəlişi etdiyinizi açıqlamaq məcburiyyətində qalmayacaqsınız və təbii gülümsəmənizi qoruyacaqsınız.
Linqval breketlər ənənəvi sabit breketlərə real alternativdir. Çünki bu sistem daha mürəkkəb müalicələri həyata keçirməyə imkan verir. Bu breketlər daha geniş bir müalicə spektrumu təqdim edərək, müxtəlif diş problemlərinin həllinə imkan yaradır.
Dişlərin ön hissəsindəki sabit breketlər pis ağız gigiyenası hallarında dişlərdə ağ ləkələrin yaranmasına səbəb ola bilər. Linqval breketləri ilə isə bu mümkün deyil, çünki dişlərin ön səthi açıq qalır. Son elmi araşdırmalar göstərib ki, linqval breketləri ilə diş çürüməsi riski ənənəvi breketlərə nisbətən beş dəfə daha azdır. Bu səbəbdən linqval breketləri, mükəmməl dişlər üçün ən yaxşı seçimdir. Sizin də seçiminiz "RealDent" klinikası olsun, peşəkar yanaşma ilə uzun illər sərbəst gülümsəyin.

_edited.jpg)


Linqval breketlər (görünməyən breketlər) haqqında sual-cavab
1. Görünməyən breketlər nədir və niyə bu qədər məşhurdur? Görünməyən breketlər, əsasən linqval breketlər adlandırılır və dişlərin arxa səthinə yerləşdirildiyinə görə xaricdən heç görünmür. Bu sistem sosial həyatda narahatlıq yaratmadan dişlərin düzəldilməsinə imkan verir və estetik görünüşü qoruyur.
3. Linqval breketlər digər görünməyən breketlərdən nə ilə fərqlənir? Bazarda görünməyən breketlər dedikdə həm şəffaf elaynerlər, həm də linqval breketlər nəzərdə tutulur. Amma linqval breketlər dişin arxa hissəsində sabit quraşdırıldığı üçün daha güclü ortodontik nəzarət imkanı verir və daha mürəkkəb hallarda effektiv nəticə təqdim edir.
2. Diş arxası breketlərin öyrəşmə müddəti nə qədər çəkir? Diş arxası breketlər ağız içində dilə yaxın yerləşdiyindən ilk bir neçə gündə yüngül danışıq narahatlığı yarada bilər. Ancaq pasiyentlər adətən 1 həftə ərzində tam öyrəşir və rahat şəkildə danışmağa davam edirlər.
4. Görünməyən breketlərlə klassik breketlər arasında seçim edərkən nəyi nəzərə almalıyıq? Əgər estetik görünüş sizin üçün önəmlidirsə, görünməyən breketlər, xüsusilə diş arxası linqval breketlər, ideal seçimdir. Lakin çənə strukturu, büdcə və müalicənin mürəkkəbliyi də qərara təsir edir.