
Estetik Breketlər
Estetik breketlər sizə tam rahatlıqla gülümsəmə bəxş edəcək. Belə ki, kompleksiz olaraq həyat tərzinizi daha rahat davam etdirə bilərsiniz. Estetik breketlər iki növə ayrılır və hər iki növün istifadəsi klinikamızda həyata keçirilir. Sapfir breketlər və keramik breketlər arasından seçim edərək, sizə ən uyğun olanını əldə edə bilərsiniz.
Keramik breketlər nə üçündür?
Keramik breketlərin cazibəsi yalnız görünüşlə bağlı deyil. Onların istifadəsi metal breketlərə nisbətən daha rahatdır. Braketlər daha hamar şəkildə dizayn edilib və bu, dodaqlarınıza və yanaqlarınıza qarşı yaranan qıcıqlanmanı azaltmağa kömək edir. Bu xüsusiyyət, xüsusilə uzun müddət breket taxmalı olanlar üçün müalicəni daha komfortlu hala gətirir. Əlavə olaraq, seramik breketlər diqqət çəkici olmasa da dişləri düzəltməkdə metal breketlərlə eyni dərəcədə təsirlidir.
Keramik breketlər həm estetik görünüşü, həm də funksional üstünlükləri ilə ortodontik müalicədə pasiyentlərin seçimində ön sırada yer alır. Bu breketlərin arasında estetik standart keramik breket – Glam, eləcə də liqaturasız keramik breketlər – QuicKlear və TrueKlear xüsusi qeyd olunmalıdır. Hər biri şəffaf və diş rənginə uyğun materialdan hazırlanaraq pasiyentlərin sosial rahatlığını təmin edir və müalicə müddətində daha az nəzərə çarpır. Liqaturasız modellər, yəni QuicKlear və TrueKlear, xüsusi dizayn sayəsində tellərin daha az sürtünmə ilə işləməsinə imkan yaradır və müalicə prosesini rahatlaşdırır. Bütün bu keramik breket modelləri Forestadent (Almaniya) kimi dünya lideri olan şirkət tərəfindən istehsal edilir və yüksək keyfiyyət standartlarına tam cavab verir. Klinikamızda məhz belə yüksək keyfiyyətli breketlər istifadə olunur və pasiyentlərə etibarlı, estetik və effektiv ortodontik xidmət göstərilir.
-
Keramik breketlərin əsas üstünlüyü estetik cəhətdən gözaxşayan olmalarıdır. Onlar ənənəvi metal breketlərdən daha az görünür, buna görə də müalicələrini gizli saxlamaq istəyən böyüklər və yeniyetmələr üçün idealdır.
-
Seramik braketlərin hamar və kiçik dizaynı, ənənəvi metal breketlərlə müqayisədə ağız içində daha az qıcıqlanma yaradır.
-
Gizli görünüşlərinə baxmayaraq, seramik breketlər dişlərinizi düzəltməkdə və dişləmə problemlərini aradan qaldırmaqda metal breketlərlə eyni dərəcədə təsirlidir.
-
Şəffaf braketlər diş rənginizə uyğunlaşdırıla bilər, bu da daha şəxsi bir müalicə seçimi yaradır.
Sapfir breket nədir?
Sapfir breketlər, diş sırasını düzəltmək üçün istifadə olunan, şəffaf və yüksək keyfiyyətli materiallardan hazırlanan breketlərdir. Metal breketlərdən fərqli olaraq, sapfir breketlər dişlərin təbii rəngi ilə yaxşı uyğunlaşır və daha az görünür. Onlar həmçinin daha davamlı və uzun müddətli istifadəyə yararlıdır. Bu breketlər, estetik baxımdan daha təmiz və cəlbedici bir görünüş təmin edir, buna görə də müalicənin daha gizli olmasını istəyənlər üçün ən uyğun seçimlər arasındadır.



Sapfir breketlərlə müalicə üsulu nə qədər vaxt davam edir?
Safir breketlərlə ortodontik müalicənin müddəti bir neçə amildən asılıdır:
-
mütəxəssisin istifadə etdiyi materialın keyfiyyəti,
-
pasiyentin müalicədəki iştirakı,
-
problemin mürəkkəblik dərəcəsi,
-
stomatoloqun təcrübəsi
-
müalicənin gedişatına görə dəyişir.
Lakin ümumi olaraq, orta səviyyəli diş problemi üçün ortodontik müalicə təxminən 18 ay davam edir. Daha mürəkkəb hallarda müalicə müddəti 24–30 ay arasında dəyişə bilər, bəzi hallarda isə 36 aya qədər uzana bilər.



Estetik breketlər haqqında sual-cavab
1. Estetik breketlər nələrdir və onlar metal breketlərdən nə ilə fərqlənir? Estetik breketlər diş rənginə uyğun materiallardan (seramik, kompozit, saphir və ya plastik) hazırlanır və metal breketlərə nisbətən gözə daha az görünür. Onlar həmçinin diş kənarlarına daha hamar yapışdığı üçün ağız yumşaq toxumasını daha az qıcıqlandırır.
3. Estetik breketlərin mənfi cəhətləri və məhdudiyyətləri varmı? Qiymət: Metall breketlərlə müqayisədə adətən daha bahalıdır. Möhkəmlik: Bəzi seramik növlər metal breketlərə nisbətən bir az daha kövrək olur, dolayısıyla ağır təzyiqə dözməyə bilər. Rənglənmə riski: Şəffaf plastik/aparatlarda çay, qəhvə, tütün kimi amillər təsiri ilə zamanla yüngül çalar dəyişməsi ola bilər.
2. Estetik breketlərin üstünlükləri hansılardır? Görünməzlik: Diş rənginə uyğun matrial sayəsində daha az diqqət çəkir. Rahatlıq: Seramik və kompozit materiallar hamar səthə malik olduğundan damaq və yanaqları daha az narahat edir. Özünəinam artımı: Estetik korreksiya zamanı sosial müdaxilə daha aşağı olur.
4. Estetik breketlərlə müalicə müddəti nə qədər davam edir? Müalicənin müddəti fərdi haldan asılıdır, amma adətən 18–24 ay arasında dəyişir. Bəzi yüngül hallarda 12 aya qədər qısa ola bilər, ağır diş mövqeyi problemlərində isə 30 aya yaxın uzana bilər. Müalicə planı ortodontun müayinəsindən sonra dəqiqləşdirilir.