top of page
line-compressor.png

Estetik Stomatologiya

Estetik Stomatologiya son zamanlar diş həkimliyinin ən tələb olunan sahəsidir. Çox vaxt pasientlər diş həkiminə dişlərində olan karies səbəbi ilə deyil, diş sırasında olan defektlər, dişlərin ağardılması, diş əyrliyini düzəltmək və yaxud ağız boşluğunda çatışmayan dişləri bərpa etmək üçün müraciət edir.

Dr. Zülfiyyə Süleymanova

Dr.Zülfiyyə Süleymanova

Həkim-Terapevt

Estetik Stomatologiya nədir?

 

Estetik Stomatologiya son zamanlar diş həkimliyinin ən tələb olunan sahəsidir. Çox vaxt pasientlər diş həkiminə dişlərində olan karies səbəbi ilə deyil, diş sırasında olan defektlər, dişlərin ağardılması, diş əyrliyini düzəltmək və yaxud ağız boşluğunda çatışmayan dişləri bərpa etmək üçün müraciət edir.

 

RealDent Klinikasında estetik stomatologiya sahəsində təcrübəsi kifayət qədər böyüdür. Belə ki, klinikamız 1998-ci ildən fəaliyyət göstərir, hər zaman klinikamızda ən müasir, ən qabaqcıl stomatoloji firmaların məhsulları istifadə olunur. Klinikamızda 10 ildən artıqdır ki, Vinirlər, Zirkon qapaqlar istifadə olunur. Həkimlərimizin bu sahədə böyük iş təcrübəsi var. Bundan ba.qa klinikamızda Almaniyanın Philips Zoom 4 aparatı istifadə olunur. Həkimlərimiz daim öz üzərində çaışır, stomatologiyada çıxan ən son yenilikləri öyrənir və klinikamızda tətbiq edirlər.

zirkon-qapaqlar

Zirkon qabaqlar

Zirkon qapaqlar stomatologiyada son zamanlar çox istifadə olunan protezləmə növüdür. Zirkon qapaq, Zirkon Karka və Farfor emaldan ibarətdir, bu onu daha möhkəm və daha estetik edir.

 

Zirkon qapaqların üstünlüyü onların daha hipoallargen, daha estetik olmasındadır. Zirkon qapaqların qalınığı metal keramik qapaqlardan daha nazik olmağı onların görünüşünü daha estetik edir. Nazik olmağına baxmayaraq onlar daha möhkəm qapaqlardır. Bu üstünlüyünə görə onları yalnız ön dişlərdə deyil arxa dişlərdə də çox istifadə edirlər.

Vinirlər

Vinirlər dişin yalnız ön hissəsini örtən keramik löhvəciklərdir. Vinirlərdən dişin rəngini, formasını dəyişmək üçün istifadə edirlər. Son zamanlar çox populyar olan Vinirlərin özəlliyi onların çox nazik olmasındadır. Vinirlərin qalanlığı 0,3-0,5mm olur. Onların əsas üstünlükləri maksimal dərəcədə təbii görünüşlü olmasındadır. Vinirlər klinikamızda artıq 10 ildən artıqdır ki, istifadə olunur.

vinirlər-vinirler-stomatoloji klinika-di
Dr.Zülfiyyə-dişlərin restovrasiyası-vini

Restovrasiya

Stomatologiyanın əvəz olunmaz qoludur. Restovrasiya dişlərin görünüşünün maksimal dərəcədə bərpası üçündür. Restovrasiya dedikdə biz dişlərin ploblarla, Ortopedik konstruksiyalarla bərpasını nəzərdə tuturuq. Bu zaman istər plomblamada, istərsə də Ortodontik konstruksiyalarda maksimal dərəcədə dişin anatomik formasının bərpasına çalışırıq. Son zaman istifadə etdiyimiz plomb materiallar və alətlər buna maksimal dərəcədə nail olmağa imkan yaradır. Dişin formasının anatomik bərpası yalnız gözəl görüş üçün deyil həmçinin dişin funksional yükündən düzgün paylşamasına yardım edir.

bottom of page