top of page

Sedasiya ilə Diş Müalicəsi və Qiymətləri(2026)-RealDent Klinikası

Sep 26
3 min read

Updated: Oct 3

Müasir stomatologiyada pasiyentin rahatlığı və ağrısız müalicə ön plandadır. Çünkü bir çox insan üçün diş həkiminə getmək böyük bir gərginlik, hətta idarə olunması çətin olan bir qorxudur. Stomatoloji kabinetdə eşidilən alət səsləri, iynə fobiyası və ya keçmişdə yaşanan mənfi təcrübələr müalicənin illərlə təxirə salınmasına səbəb olur. Lakin təxirə salınan hər bir problem gələcəkdə daha mürəkkəb və xərcli prosedurlara gətirib çıxarır. Məhz bu mərhələdə müasir tibbin təqdim etdiyi sedasiya ilə diş müalicəsi pasiyentlərin imdadına çatır. Bununla bağlı suallarınız varsa əlaqə saxlaya bilərsiniz.


sedasiya ilə müalicə

Sedasiya ilə Müalicə Nədir?

Pasiyentlərin ən çox maraqlandığı suallardan biri "sedasiya nədir?" və onun ümumi anesteziyadan (narkozdan) necə fərqlənməsidir. Sedasiya ilə müalicə — xüsusi preparatların köməyi ilə pasiyentin dərin rahatlaşma, sakitlik və yüngül yuxu vəziyyətinə gətirilməsidir. Bu zaman pasiyentin şüuru tam bağlı olmur. O, sərbəst nəfəs ala bilir, həkimin verdiyi sadə göstərişləri (məsələn, "ağzınızı biraz daha açın") anlayır və yerinə yetirə bilir.


Sedasiya ilə Müalicənin Narkozdan Fərqi:



Sedativlərin Təsir Mexanizmi (Sedasiya Necə Təsir Edir?)

Pasiyentlərin tez-tez verdiyi sedasiya nədir və bədəndə necə təsir göstərir sualına cavab tapmaq üçün sedativ preparatların iş prinsipini bilmək vacibdir:   

  • QAMK (GABA) Nevromediatoruna Təsir: Sedativ preparatlar beynin təbii kimyəvi maddəsi olan QAMK-ın (qamma-aminoyağ turşusu / GABA) təsirini gücləndirir.   

  • Mərkəzi Sinir Sisteminin Yavaşlaması: QAMK normalda beyni sakitləşdirməyə kömək edir. Sedativ dərmanlar bu maddənin aktivliyini artıraraq beynin və bədənin fəaliyyətini yavaşladır. 

  • Organizmin Rahatlaması: Bu yavaşlama əzələləri rahatladır, ürək döyüntüsünü və nəbz ritmini tənzimləyir, pasiyentə dərin sakitlik və yuxululuq hissi verir. Məhz bu mexanizm sayəsində sedasiya ilə diş müalicəsi tamamilə stressiz və ağrısız keçir.  

Mix Sedasiya və Üstünlükləri

Müasir diş müalicəsində ən çox Sevofluran və azot oksidi qarışığından ibarət mix sedasiya tətbiq olunur. 


Əsas üstünlükləri:

   

  • Sürətli təsir: Cəmi bir neçə dəqiqəyə rahatlıq yaradır.   

  • Dəqiq nəzarət: Həkim sedasiyanın dərinliyini asanlıqla tənzimləyir.   

  • Rahat ayılma: Əlavə təsirlər minimumdur, prosedur sonrası ayılma yumşaq keçir.   

  • Hər kəs üçün uyğun: Həm uşaqlarda, həm böyüklərdə təhlükəsiz tətbiq edilir.   

  • Maksimum rahatlıq: Qorxu və stresi tam aradan qaldırır, müalicə ağrısız baş tutur.   


Sedasiyanın Dərəcələri (Mərhələləri)

Sedasiya tətbiq olunarkən pasiyentin ehtiyacına və müalicənin həcminə uyğun olaraq müxtəlif dərəcələr seçilir:   

  • Minimum Sedasiya (Yüngül Sedasiya): Siz özünüzü tam rahat hiss edirsiniz, oyaq olursunuz və həkimin suallarına normal şəkildə cavab verə bilirsiniz.   

  • Şüurlu Sedasiya: Yuxulu hiss edirsiniz və hətta yüngül mürgüləyə bilərsiniz, lakin sizinlə danışıldıqda və ya yüngülcə toxunulduqda dərhal reaksiya verirsiniz. Məhz sedasiya ilə diş müalicəsi zamanı ənn çox üstünlük verilən metodlardan biridir.   

  • Dərin Sedasiya: Tamamilə dərin yuxuda və ya yarışüurlu vəziyyətdə olursunuz. Yalnız təkrar olunan və ya daha güclü təsirlər zamanı reaksiya verirsiniz.   


Sedasiya ilə Diş Müalicəsi Necə Aparılır?

Sedasiya ilə diş müalicəsi bir neçə ardıcıl və təhlükəsiz mərhələdə həyata keçirilir:   

  • Məsləhətləşmə və Hazırlıq: Müalicədən öncə pasiyentin ümumi sağlamlıq vəziyyəti, allergik reaksiyaları və müalicə planı qiymətləndirilir. Anestezioloq-reanimatoloq tərəfindən pasiyentə uyğun metod və dozaj müəyyən edilir.   

  • Müalicə Anı: Pasiyentə sedativ preparat təyin olunmuş üsulla (venadaxili və ya tənəffüs yolu ilə) daxil edilir. Pasiyent dərin rahatlıq hiss etdikdən sonra stomatoloq müalicəyə başlayır. Prosedur boyunca anestezioloq pasiyentin nəbzini, təzyiqini və oksigen səviyyəsini xüsusi monitorlarla fasiləsiz nəzarətdə saxlayır. Local keyitmə (anesteziya) də tətbiq olunduğu üçün pasiyent heç bir ağrı hiss etmir. 


Sedasiya Kimlər Üçün Uyğundur?

Sedasiya metodu xüsusilə aşağıdakı pasiyent qrupları üçün ideal seçimdir:

  • Diş həkimi fobiyası (Dentofobiya) olanlar: İynədən, ağrıdan və ya stomatoloji alətlərdən şiddətli qorxu yaşayanlar.

  • Uşaqlar: Həkim kreslosunda uzun müddət sakit otura bilməyən, həyəcanlı və ya gərgin olan balaca pasiyentlər.

  • Yüksək ürəkbulanma refleksi olanlar: Ağız boşluğuna alət daxil edildikdə narahatlıq və ürəkbulanma yaşayan şəxslər.

  • Böyük həcmli müalicə planı olanlar: Bir seansda çoxlu sayda diş plombu, kanal müalicəsi və ya implantasiya etdirmək istəyən pasiyentlər.

  • Xüsusi qayğıya ehtiyacı olan şəxslər: Sedasiya ilə müalicə zamanı stress və gərginliyi minimuma endirmək lazımdırsa.


Rəsmi Lisenziyalı Və Təhlükəsiz Sedasiya Xidməti

RealDent klinikası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş İSN/L-311/2016 nömrəli rəsmi lisenziya və anesteziologiya daxil olmaqla 5 əsas tibbi sahə üzrə sertifikatlara sahibdir. Bu hüquqi əsaslar çərçivəsində klinikamızda ağrısız, rahat və tam təhlükəsiz sedasiya ilə diş müalicəsi xidməti təqdim edilir.


Sedasiya Qiyməti Nəyə Əsasən Təyin Olunur?

Pasiyentlərin ən çox axtardığı mövzulardan biri də "sedasiya qiyməti" və xidmətin dəyərinin necə formalaşmasıdır. Sedasiya qiymətləri hər bir pasiyent üçün fərdi olaraq hesablanır və aşağıdakı faktorlara əsasən dəyişir:

  • Prosedurun Müddəti: Sedasiya adətən saathesabı və ya müəyyən seans müddətinə görə hesablanır. Müalicə nə qədər uzun sürərsə, tətbiq olunan preparatın miqdarı və xidmət haqqı buna uyğun tənzimlənir.







 
 
 

Comments


İŞ GÜNLƏRİ

BAZAR ERTƏSİ - ŞƏNBƏ 

10:00 - 20:00 

BAZAR - QEYRİ İŞ GÜNÜ

ÜNVAN

8 Noyabr pr. 15, Azure Residence

Megafun Building

  • Instagram
  • Facebook
  • LinkedIn
  • YouTube

Bizə zəng edin |+994502354333

ag.png
bottom of page