top of page

Uşaqlarda Ortodontik Müalicə Nə Vaxt Başlamalıdır? |RealDent Klinikası

  • Aug 11
  • 3 min read

Updated: Aug 12

Bir çox valideyn uşaqlarda diş əyriliyi və ya çənə problemlərinin yalnız bütün daimi dişlər çıxdıqdan sonra müalicə olunacağını düşünür. Lakin müasir uşaq stomatologiyası və ortodontiya təcrübəsi göstərir ki, erkən diaqnostika gələcəkdə mürəkkəb müalicələrin qarşısını alır. Bəs uşaqlarda ortodontik problemlər neçə yaşında müəyyən edilməlidir və uşaqlarda ortodontik müalicə nə vaxt başlamalıdır?

uşaq ortodontiyası

Uşaqlarda Ortodontik Müalicə (müayinə) Neçə Yaşında Başlanmalıdır?


Beynəlxalq Ortodontlar Assosiasiyasının tövsiyəsinə əsasən, ilk erkən ortodontik müayinə uşağın 7 yaşında həyata keçirilməlidir. Bu yaşda uşağın ağız boşluğunda həm süt dişləri, həm də ilk daimi dişlər (qarışıq dişləm dövrü) mövcud olur.

Təcrübəli uşaq ortodontu 7 yaşında aparılan rəqəmsal müayinə zamanı:

  • Çənə sümüklərinin inkişaf istiqamətini,

  • Daimi dişlərin çıxma trayektoriyasını,

  • Süd dişlərində əyrilik və ya vaxtından əvvəl itirilmə halları daxil olmaqla ümumi dişləm vəziyyətini dəqiq qiymətləndirə bilir.

Müayinələr aparılmış olsa da, bu, breketin qoyulması və uşaqlarda ortodontik müalicə üçün göstəriş deyildir.

Uşaqlarda Breket Müalicəsi

Breket Müalicəsindən Əvvəl Uşaqlarda Hansı Müayinələr Olmalıdır?

Uşaqların təxminən üçdə birində diş əyriliyi, sıxlaşma, estetik problemlər və ya dişləm (prikus) pozuntuları kimi problemlərə görə uşaqlarda ortodontiya müalicəsi tələb olunur. Müasir uşaq stomatologiyası çərçivəsində tətbiq olunan profilaktik üsullar uşaqlarda diş qüsurlarının müalicəsi üçün yüksək nəticələr verir. Breket taxılmadan əvvəl uşaqlar mütləq hərtərəfli diaqnostik müayinədən keçməlidirlər.

Bu ilkin diaqnostika prosesinə vizual kliniki müayinə, panoramik rentgen (X-ray) çəkilişləri, kliniki fotoşəkillər və 3D rəqəmsal ağız daxili skanlama daxildir.


Uşaqlarda Ortodontik Müalicə (breketlərin qoyulması) Hansı Yaşda Mümkündür?

Uşaqlarda diş əyriliklərinin müalicəsinə 7 yaşdan sonra başlanması məsləhət görülür. Tam breketə keçilməsi üçün 10-14 yaş aralığı daha uyğundur və bu zaman uşaq ortodontuna müraciət edilməlidir. Bu erkən yaşda bütöv breketlər yerinə, gələcəkdə mürəkkəb problemlərin qarşısını alan profilaktik aparatlar üstünlük təşkil edir.

Birinci mərhələyə (Phase 1) daxil olan əsas həllər:

  • Çənə genişləndirici aparatlar (Expanders): Çənə darlığını aradan qaldırır və daimi dişlərin düzgün çıxması üçün yer açır.

  • Qısamüddətli (qismən) breketlər: Bütöv sistem yerinə yalnız problem yaradan 2–4 dişə tətbiq olunur.

  • Çənə inkişafı aparatları: Çənə sümüklərinin düzgün istiqamətdə böyüməsini dəstəkləyir.


Uşaqlarda Çənə Problemləri və Dişləm (Prikus) Pozuntusu

Bəzən valideynlər üçün usaqlarda çənə qüsurları ilk baxışdan hiss olunmaya bilər. Lakin aşağıdakı hallardan biri müşahidə olunursa, vaxt itirmədən uşaq ortodontiyası mütəxəssisinə müraciət edilməlidir:

1.Uşaqlarda dişləm (prikus) pozuntusu: Alt çənənin həddindən artıq öndə və ya geridə olması, dişlərin bir-birinin üzərinə tam oturmaması.

2. Çənə darlığı: Dişlərin üst-üstə minməsi və ya sıxlaşması.

3.Zərərli vərdişlər: Barmaq əmmə, qələm dişləmə, ağızdan nəfəs alma və ya uzunmüddətli əmzik istifadəsi.

4.Erkən süd dişi itkisi: Süd dişlərinin vaxtından əvvəl çəkilməsi daimi dişlərin yerinin tutulmasına və əyriliyə səbəb olur.

Uşaq və Böyüklər üçün Ortodontiya Arasındakı Əsas Fərqlər


Müqayisə Meyarı

Uşaq Ortodontiyası

Böyüklərin Ortodontiyası

Sümük İnkişafı və Düzəliş İmkanları

Çənə sümükləri elastikdir və inkişaf etməkdə davam edir. Çənə strukturunu yönləndirmək və dəyişmək daha asandır.

Çənə sümüyü tam formalaşıb və bərkiyib. Düzəlişlər çənəyə deyil, yalnız mövcud sümük daxilində dişlərin hərəkətinə yönəlir.

Dişləm (Prikus) Düzəlişi və Aşınma

Dişlər yaşa bağlı aşınmadığı üçün həkim tam ideal və mükəmməl dişləm (prikus) formalaşdıra bilir.

İllərlə yaranan diş aşınmaları problemi dərinləşdirir. Müalicədə əsas məqsəd ideal görünüşdən çox, funksionallığı bərpa etmək olur.

Çənə Oynağı (TMD) və Kök Əriməsi Riski

Çənə oynağı problemlərinə (TMD) və diş kökünün əriməsinə (kök rezorbsiyası) uşaqlarda çox nadir rast gəlinir.

Yaşla bağlı çənə oynağı pozuntuları (TMD) və kök əriməsi riski daha yüksəkdir, bu da müalicəni daha ehtiyatlı aparmağı tələb edir.

Müalicənin Mərhələləri

Müalicə adətən 2 mərhələdə aparılır: Erkən yaşda (Phase 1) çənə yönləndirilir, daha sonra (Phase 2) bütöv breketə keçilir.

Müalicə tək mərhələlidir; birbaşa breket və ya elaynerlərlə dişlərin yerinin dəyişdirilməsinə başlanılır.






Uşaqlar Üçün Hansı Daha Yaxşıdır: Şəffaf Kapalar (Elaynerlər), Yoxsa Breketlər?

Bu, uşağınızın ehtiyaclarından, yaşından, vərdişlərindən və diş sağlamlığından asılıdır. Məsələyə bu sadə baxış bucağı ilə yanaşa bilərsiniz:

  • Şəffaf kapaları (elaynerləri) seçin: Əgər uşağınız məsuliyyətlidirsə və kapaları müntəzəm olaraq taxıb qaydalara əməl edə biləcəksə.

  • Breketləri seçin: Əgər uşağınızda mürəkkəb dişləm (prikus) problemi varsa və ya kapaları taxmağı unudacaqsa


Nəyə Görə Uşaqlarda Ortodontik Müalicə Üçün RealDent Klinikası Seçilməlidir?

RealDent klinikasında uşaq stomatologiyası və uşaq ortodontiyası təkcə dişlərin düzəldilməsi deyil, uşağın gələcək sağlamlığının rəqəmsal və psixoloji baxımdan tam təmin olunmasıdır.

  • Elmi və Dəqiq Yanaşma: Klinikamızın təsisçisi, uşaq ortodontu Dr. İqbal Süleymanov (VieSID məzunu, APOC vitse-prezidenti və WFO üzvü) tərəfindən uşaqlarda ortodontik müalicə elmi sübutlara əsaslanaraq aparılır.

  • Müasir Rəqəmsal Diaqnostika: Müayinə zamanı Carestream CS9600 3D tomoqrafı, Face Scan və Sirona CAD/CAM rəqəmsal skanerlərdən istifadə olunur. Bu texnologiyalar çənənin inkişafını və dişlərin çıxma trayektoriyasını dəqiq analiz edir.

  • Ağrısız və İynəsiz Müalicə: Uşaq diş həkimi Dr. Sevda Allahverdiyeva Fotona LightWalker Er:YAG Lazer texnologiyası ilə dişləri bor maşınsız, çox vaxt iynəsiz və ağrısız müalicə edir. Qorxu və narahatlıq keçirən uşaqlar üçün isə lisenziyalı sedasiya xidməti tətbiq olunur.

  • Mükəmməl Təbəssüm və Düzgün Prikus: Uşaqlara breketlərin qoyulması mərhələsində Almaniyanın Forestadent, ABŞ-ın OC Orthodontics breketləri və çənə genişləndirici aparatlar vasitəsilə düzgün dişləm formalaşdırılır.



 




Comments


İŞ GÜNLƏRİ

BAZAR ERTƏSİ - ŞƏNBƏ 

10:00 - 20:00 

BAZAR - QEYRİ İŞ GÜNÜ

ÜNVAN

8 Noyabr pr. 15, Azure Residence

Megafun Building

  • Instagram
  • Facebook
  • LinkedIn
  • YouTube

Bizə zəng edin |+994502354333

ag.png
bottom of page