top of page
how-often-get-professional-dental-cleaning.jpg

Gigiyena və Profilaktika

Daimi və düzgün ağız gigiyenası, sağlam dişlərin və diş ətinin qorunmasının əsas şərtidir. Gigiyena və profilaktika tədbirləri yalnız mövcud problemlərin aradan qaldırılması deyil, eyni zamanda gələcəkdə yaranacaq diş və diş əti xəstəliklərinin qarşısının alınmasına xidmət edir. Mütəmadi olaraq aparılan professional təmizləmə, diş daşlarının və ərplərin aradan qaldırılması, ağız boşluğunun antiseptik müalicəsi və digər profilaktik tədbirlər dişlərin sağlam qalmasına və estetik görünüşün uzun müddət qorunmasına şərait yaradır.

Diş daşlarının və diş ərpinin təmizlənməsi prosesi nədir?

Airflow sistemi müasir stomatologiyada diş səthindəki rəng dəyişiklikləri və yumşaq ərpin zərif şəkildə təmizlənməsi üçün istifadə olunan effektiv üsuldur. Siqaret, çay, qəhvə kimi amillərin yaratdığı ləkələr və diş səthindəki qeyri-hamar sahələr airflow cihazı ilə edilən diş cilalanması sayəsində təhlükəsiz şəkildə aradan qaldırılır. Bu proses diş minasına zərər vermədən səthi hamarlaşdırır, bakteriaların yığılmasının qarşısını alır və dişlərin təbii parlaqlığını bərpa edir. RealDent Klinikasında bu məqsədlə Almaniya istehsalı KAVO PROPHYflex 4 və Yaponiya istehsalı NSK Varios Combi Pro cihazlarından istifadə olunur. Hər iki cihaz müasir texnologiyaya əsaslanır və airflow tozlarının fərdi seçimi ilə pasiyentə maksimum komfort təmin edir. Alergiyaya meyilli şəxslər və həssas diş ətinə sahib pasiyentlər üçün eritritol və kalsium əsaslı yumşaq tərkibli tozlardan istifadə olunur. Bu tozlar allergik reaksiyaya səbəb olmur, diş səthinin cilalanması zamanı təhlükəsiz və effektli nəticə verir. Həmçinin, Diş əti altı bölgələrin (PerioFlow) təmizlənməsi üçün xüsusi başlıqlar istifadə olunur ki, bu da airflow sisteminin tətbiq sahəsini daha da genişləndirir. Mütəmadi cilalanma və diş səthinin təmizlənməsi yalnız estetik baxımdan deyil, həm də diş əti sağlamlığının qorunması və çürük riskinin azaldılması üçün vacib profilaktik tədbirdir.

image.png

Diş səthinin cilalanması və ləkələrin təmizlənməsi

Dişlərin sağlam qalması üçün yalnız səthi təmizləmə kifayət etmir. Scaling, yəni diş daşlarının təmizlənməsi prosesi, diş əti xəstəliklərinin qarşısını almaqda əsas profilaktik addımlardan biridir. Bu prosedur zamanı dişlərin və diş əti altının sərt ərpdən azad edilməsi təmin olunur. RealDent Klinikasında "scaling" prosesi Almaniya istehsalı olan Sirona ultrasəs sistemləri ilə həyata keçirilir.

Sirona ultrascaling sistemi, yüksək tezlikli vibrasiya və su spreyi vasitəsilə diş daşlarını təhlükəsiz və effektiv şəkildə parçalayır. Bu texnologiya həm diş əti üstü, həm də altı bölgələrdə sərt ərpin təmizlənməsində istifadə olunur. Prosedur zamanı xüsusi ucluqlar diş səthinə uyğun seçilir və minimal diskomfortla maksimum nəticə əldə edilir. Ultrasəs dalğaları diş minasına zərər vermədən, bakterial yüklənməni azaldır və diş ətinin sağlamlığını dəstəkləyir.
Scaling sonrasında airflow cihazı ilə diş səthinin cilalanması və biofilmin təmizlənməsi həyata keçirilir ki, bu da ümumi profilaktikanı tamamlayır və dişlərin həm sağlam, həm də estetik görünməsini təmin edir.

image.png

Ağız boşluğunun antiseptik müalicəsi

Ağız boşluğunun antiseptik müalicəsi mikrobların məhv edilməsi, iltihab proseslərinin qarşısının alınması və xoşagəlməz qoxunun aradan qaldırılması üçün vacib profilaktik tədbirdir. Bu prosedur ağız boşluğundakı patogen bakteriyaların sayını minimuma endirir, diş əti xəstəliklərinin (gingivit, parodontit) və digər infeksion problemlərin yaranmasının qarşısını alır. Klinikamızda bu xidmət müasir antiseptik məhlullar və texnologiyalarla həyata keçirilir, tam təhlükəsiz və effektiv nəticə verir. Realdent Klinikasında ağız boşluğunun antiseptik müalicəsi ağız və diş sağlamlığının qorunması, çürük və diş əti xəstəliklərinin profilaktikası məqsədilə mütəmadi olaraq tövsiyə olunur. Bu yanaşma həm müalicəvi, həm də estetik baxımdan pasiyentlərin rifahını yüksəltməyə xidmət edir.

image.png
image.png
image.png

Profilaktika və Gigiyena Haqqında Sual-Cavab

Diş ərpi nədir və necə yaranır? Diş ərpi dişlərin səthində yığılan, bakteriyalar və qida qalıqlarından əmələ gələn yumşaq çöküntüdür. Əgər vaxtında təmizlənməzsə, sərtləşərək diş daşına çevrilir və diş əti xəstəliklərinə səbəb olur.

Diş cilalanması sadəcə dişlərin parlaq görünməsi üçündürmü? Xeyr, cilalanma yalnız estetik məqsəd daşımır. Cilalanmış diş səthində bakterial lövhə və ərp daha az yığılır. Bu, diş daşlarının əmələ gəlməsinin qarşısını alır və diş ətinin sağlam qalmasına kömək edir. Yəni cilalanma həm gözəllik, həm də sağlamlıq üçün vacibdir.

Diş daşları və ərp yalnız estetik problem yaradır, yoxsa sağlamlığa da təsir edir? Diş daşları və ərp təkcə dişlərin görünüşünü korlamır. Onlar bakteriyaların çoxalmasına səbəb olur, diş əti iltihabı, qanama və diş sallanması kimi ciddi problemlərə yol açır. Uzun müddət təmizlənməyən daşlar sonda diş itkisinə qədər gətirib çıxara bilər.

Ağız antiseptik müalicəsi ilə diş fırçalama eyni effekt verirmi? Diş fırçalama gündəlik gigiyenanı təmin etsə də, antiseptik müalicə daha dərin təmizlik və mikrob yükünün azaldılmasını təmin edir. Xüsusilə diş əti xəstəliklərinə meyilli şəxslər və breket istifadəçiləri üçün antiseptik müalicə tövsiyə olunur.

whatsapp.png

İŞ GÜNLƏRİ

BAZAR ERTƏSİ - ŞƏNBƏ 

10:00 - 20:00 

BAZAR - QEYRİ İŞ GÜNÜ

ÜNVAN

8 Noyabr pr. 15, Azure Residence

Megafun Building

  • Instagram
  • Facebook
  • LinkedIn
  • YouTube

Bizə zəng edin |+994502354333

ag.png
bottom of page