top of page
image.png

Vinir dişlər  

Vinir dişlər, estetik görüntünü pozan bir sıra diş qüsurlarının effektiv həlli üçün tətbiq olunur. Xüsusilə ön dişlərdəki çatlar, rəng dəyişiklikləri və forma pozuntuları üçün nəzərdə tutulan bu üsul, xüsusi hazırlanmış nazik təbəqələrin dişin üzərinə bərkidilməsi ilə həyata keçirilir. Vinir müalicəsi, təbii və simmetrik gülümsəmə qazandıraraq pasiyentin ümumi görünüşünü və özünəinamını əhəmiyyətli dərəcədə artırır

Vinir diş nədir?

Vinir dişlər görünüşünüzə mənfi təsir göstərən bir çox diş xəstəliklərinin kosmetik həllidir. Vinirlər əsasən estetik problemi olan ön dişlərə porselen (keramika)dan hazırlanmış təbəqənin yapışdırılaraq bu problemləri aradan qaldırmağı hədəfləyən bir müalicə növüdür.

Vinir Dişlərin Üstünlükləri Nələrdir?

Kiçik bir müdaxilə ilə, çox qısa müddətdə sağlam və təbii görünüş əldə etmək mümkündür. Bu prosesdə, həkimin təcrübəsi və bacarığı əhəmiyyətli rol oynayır, çünki düzgün tətbiq olunan vinirlər, ideal nəticə təmin edə bilər.

 

Vinirlər sağlam və uzun müddətli istifadə üçün hazırlanmış materiallardan istehsal edilir. Bu materiallar həm də rəngini itirmir və zamanla dəyişmir, bu da dişlərə təbii gözəllik qatır. Vinir tətbiq olunarkən dişlərin təbii quruluşu zədələnmir. Dişin üzərində çox kiçik düzəlişlər edilərək, estetik olaraq gözəl bir nəticə əldə edilir. Ümumiyyətlə, dişdən çıxarılan miqdar yalnız 0.3-0.7 mm arasında olur, bu da dişi çox az da olsa düzəltməyi təmin edir. Bu şəkildə dişin strukturuna böyük müdaxilə etmədən istədiyiniz nəticəyə nail olmaq mümkündür.

 

Vinirlə tətbiq edilən dəyişikliklər çox vaxt heç bir müdaxilə etmədən göstərilə bilər. Yəni, dişlərə heç bir zərər vermədən, texnoloji vasitələr vasitəsilə arzu olunan dəyişikliklər əvvəlcədən xəstəyə göstərilə bilər. Bu, həm də pasiyentlərin gözlədikləri nəticəni əvvəlcədən görmələrinə imkan tanıyır.

 

Farfor materialı, dişlərə tətbiq edildikdən sonra çox hamar bir səthə sahib olur, bu da siqaret, qəhvə və çay kimi maddələrdən yaranan ləkələrin və diş daşlarının əmələ gəlməsini azaldır. Bu, dişlərin uzun müddət təmiz və parlaq qalmasına kömək edir.

 

Bundan əlavə, vinir materialı çox möhkəmdir, buna görə də dişə yapışdıqda aşınmaya qarşı yüksək müqaviməti ilə  fərqlənir. Vinirlər, dişlərin daha sağlam görünməsini təmin edərək, həm də dişlərdəki kiçik çatları və ya əyrilikləri düzəldir, estetik baxımdan daha yaxşı bir görünüş əldə etməyə imkan verir.

image.png
image.png
image.png
image.png
image.png

Vinirlər haqqında sual cavab  

Vinirlər dişləri zədələyirmi? Xeyr. Vinirlər dişin ön səthinə minimal yonma ilə tətbiq olunur və dişi qorumağa kömək edir. Təcrübəli stomatoloq tərəfindən aparıldıqda diş toxumasına zərər vermir.

Vinirlərlə siqaret, çay, qəhvə istifadəsi mümkündürmü? Bəli, lakin vinirlər çay, qəhvə və siqaret kimi boyayıcı maddələrə müəyyən həssaslıq göstərə bilər. Buna görə də müntəzəm gigiyena və peşəkar təmizləmə tövsiyə olunur.

Vinirlərin ömrü nə qədərdir? Vinirlər düzgün qulluq və müntəzəm stomatoloji nəzarətlə 10-15 il və ya daha artıq istifadə oluna bilər. Zamanla mexaniki zədələnmələr və ya rəng dəyişikliyi yarana bilər, amma bu hallarda yenilənməsi mümkündür.

Vinirlər yalnız ön dişlər üçün istifadə olunur? Əksər hallarda vinirlər estetik məqsədlə ön dişlər üçün tətbiq olunur, lakin xüsusi hallarda az çeynəmə təzyiqi olan arxa dişlərin bəzi bölgələrində də istifadə edilə bilər.

İŞ GÜNLƏRİ

BAZAR ERTƏSİ - ŞƏNBƏ 

10:00 - 20:00 

BAZAR - QEYRİ İŞ GÜNÜ

ÜNVAN

8 Noyabr pr. 15, Azure Residence

Megafun Building

Bizə zəng edin |+994502354333

ag.png
  • Instagram
  • Facebook
  • LinkedIn
  • YouTube
bottom of page