
Kompozit vinir, estetik stomatologiyada ən çox tətbiq olunan üsullardan biridir. Bu vinirlər xüsusi rezin əsaslı kompozit materialdan hazırlanır və dişlərin ön səthinə tətbiq edilir. Keramika vinirlərdən fərqli olaraq, kompozit vinirlər daha az invazivdir, yəni dişlərin çox yonulmasına ehtiyac olmur.
Ən böyük üstünlüklərindən biri, kompozit vinirin diş rənginə uyğunlaşdırılmasıdır. Bu səbəbdən, vinir dişlər təbii görünüş verir və gülümsəmədə süni effekt yaratmır. Əlavə olaraq, prosedur daha sürətli və münasib qiymətə başa gəlir.
Kompozit vinirlərin və digər növ vinirlərin istifadə halları

Kompozit vinirlər bu sahədə ən çox istifadə olunan üsullardan biridir. Onlardan istifadə edildiyi hallar:
-
Diş rənginin dəyişməsi və saralma zamanı;
-
Ləkəli dişlərin estetik bərpasında;
-
Çatlamış və qırıq dişlərin korreksiyasında;
-
Dişlər arasında boşluqların (diastema) bağlanmasında;
-
Kiçik ölçülü və nizamsız dişlərin estetik formada görünməsi üçün;
-
Ortodontik müalicəyə alternativ olaraq daha düz gülümsəmə effekti yaratmaqda.
Belə hallarda kompozit vinirlər sürətli tətbiqi, münasib qiyməti və estetik nəticəsi ilə xüsusi üstünlüyə malikdir.
Vinirlərin növləri(Kompozit Vinirlər) və xüsusiyyətləri
Stomatologiyada bir neçə növ vinir istifadə olunur. Hər birinin özünəməxsus üstünlükləri var:
-
Kompozit vinirlər – ən münasib qiymətə malikdir, qısa zamanda tətbiq olunur. Rəngi zamanla dəyişə bilər.
-
Prefabrik vinirlər – əvvəlcədən hazırlanmış formalar olub, həkim tərəfindən ölçüyə uyğunlaşdırılır.
-
Farfor (feldşpat) vinirlər – çox incə və estetik baxımdan ideal nəticə verən vinir növüdür. Qiyməti daha yüksəkdir.
-
Press-keramika vinirlər – həm möhkəmlik, həm də estetik baxımdan balanslı seçimdir.
-
Zirkon vinirlər – ən davamlı və uzunömürlü vinir növüdür, mexaniki zədələrə qarşı yüksək dayanıqlıdır.
Kompozit vinirin növləri
Kompozit vinirlər həm tətbiq üsuluna, həm də materialına görə fərqlənir:
🔹 Tətbiq üsuluna görə:
-
Birbaşa (direct) kompozit vinir – material dişin üzərinə birbaşa tətbiq olunur və həkim tərəfindən formalaşdırılır.
-
Dolayı (indirect) kompozit vinir – laboratoriyada hazırlanır və sonradan xüsusi yapışdırıcı ilə dişə bərkidilir. Daha möhkəmdir və uzunömürlülüyü yüksəkdir.
🔹 Materialına görə:
-
Kondensə olunan kompozit vinirlər – möhkəmdir, amma estetik nəticəsi həmişə ideal deyil.
-
Hibrid kompozit vinirlər – estetik və davamlılıq baxımından balanslı seçimdir.
-
Akar (flowable) kompozit vinirlər – kiçik qüsurların aradan qaldırılması üçün istifadə olunur, amma daha zəifdir.
-
Mikrohibrid vinirlər – təbii görünüşə yaxın, cilalanması asandır.
-
Nanokompozit vinirlər – ən müasir texnologiya ilə hazırlanır, həm estetik, həm də möhkəmliyi ilə seçilir.
Kompozit vinir ilə digər növlərin müqayisəsi
-
Kompozit vinirlər – münasib qiymət, tez tətbiq olunma, 5–7 il istifadə müddəti.
-
Farfor (feldşpat) vinirlər – yüksək estetik görünüş, 10 ilə qədər davamlılıq.
-
Press-keramika vinirlər – estetik və möhkəmliyin balansı, 10–15 il davamlılıq.
-
Zirkon vinirlər – ən uzunömürlü (15 ildən çox), lakin daha yüksək qiymətlidir.
Vinir və zirkon diş örtüyü arasındakı əsas fərqlər
-
Vinir – dişlərin yalnız ön səthinə nazik qatla tətbiq olunur, əsas məqsəd estetikadır.
-
Zirkon diş örtüyü – həm estetik, həm də funksional nəticə verir, dişi tamamilə əhatə edir və möhkəmliyi ilə fərqlənir.
Vinirlərin davamlılığı
-
Vinirlərin ömrü seçilən materialdan asılıdır:
-
Kompozit vinir – 5–7 il
-
Farfor (feldşpat) vinirlər – 10 ilə qədər
-
Press-keramika vinirlər – 10–15 il
-
Zirkon vinirlər – 15 ildən çox
Vinir rəngi dəyişirmi və saralırmı?
-
Kompozit vinirlər zamanla sarala və ləkələnə bilər. Keramika əsaslı vinirlər – E-max, Impress, feldşpat keramika – isə rəngi uzun illər qorumaq qabiliyyətinə malikdir.
Vinirlərin təbii görünməsi necə təmin olunur?
-
Vinirlərin təbii görünməsi üçün ən vacib amil minimal yonma prinsipidir. Müasir stomatologiyada dişlərin hazırlanması mikroskop və ya lupa altında aparılır. Yonma yalnız mina sərhədində həyata keçirilir ki, sağlam toxumalar qorunsun.
-
Material seçimi də böyük rol oynayır. E-max, Impress və feldşpat vinirlər şəffaflığı və təbii rəng ötürülməsini təmin edir. Həmçinin texniki iş səliqəli və dəqiq aparılmalıdır – vinir ilə diş arasında boşluq qalmamalıdır. Əks halda zamanla rəng dəyişməsi və estetik problemlər yarana bilər.
Kompozit vinirin qoyulma prosesi necə aparılır?
-
Proses adətən 1–2 seansda tamamlanır və aşağıdakı mərhələlərdən ibarətdir:
-
Müayinə və planlama – pasiyentin gözləntiləri və uyğunluğu dəyərləndirilir.
-
Dişlərin hazırlanması – minimal yonma aparılır.
-
Materialın tətbiqi – birbaşa və ya dolayı üsulla kompozit material dişin üzərinə yerləşdirilir.
-
Cilalanma və son yoxlama – vinirlər cilalanır və təbii parıltı əldə edilir.
Vinirlər sərt qidada zədələnə və ya düşə bilərmi?
-
Bəli, xüsusilə kompozit vinirlər sərt qida qəbul edildikdə zədələnə və ya qopa bilər. Buna görə də müntəzəm qulluq və ehtiyatlı istifadə çox vacibdir. Keramika və zirkon vinirlərdə bu risk daha azdır.
Vinirlərin qiyməti haqqında qısa məlumat
-
Vinirlərin qiyməti seçilən materiala və klinikaya görə dəyişir:
-
Kompozit vinir – ən münasib qiymətə malikdir.
-
Farfor (feldşpat), Press-keramika və Zirkon vinirlər – daha yüksək qiymətlidir, lakin estetik və davamlılıq baxımından üstün nəticə verir.