top of page
line-compressor.png

Anesteziologiya

Uşaq stomatologiyasında müalicənin təmami ilə yeni formatını istifadə edirik – Fotona Light Walker Lazer aparatı, hansı ki, süd va daimi dişlərin yumşaq və sərt toxumalarında tez və effektiv müalicə aparmasını təmin edir. Lazer təsiri altında dişlərin mina qatına zərər yetirən və ağız boşluğunda xəstəlik törədən həyat fəaliyyəti sürən patogen bakteriyalar məhv olunur. Uşaq stomatologiyasında lazerin tətbiqi anesteziyasız(ağrıkəsici istifadə etmədən) müalicə etmək imkanı yaradır ki, bu da uşaqlarda qorxunun yaranmasının qarşısını almaq və müalicə keyfiyyətini yaxşılaşdırmağa şərait yaradır.

Sedasiya ilə dişlərin müalicəsi

RealDent klinikası həm uşaqlar, həm də böyüklər üçün stomatoloji xidmətlərdə yüksək peşəkarlığı və müasir yanaşmaları ilə seçilir. Klinikamızda diş müalicəsi zamanı pasiyentlərin maksimum rahatlığını təmin etmək məqsədilə sedasiya (ağrısız müalicə) texnikalarından istifadə olunur. Sedasiya peşəkar anestezioloq-reanimatoloq komandası tərəfindən həyata keçirilir və müalicə prosesi boyunca təhlükəsizlik və nəzarət tam təmin olunur. Bu yanaşma stomatoloji qorxusu olan pasiyentlər üçün ideal həll hesab edilir.

RealDent-in peşəkar həkim komandası, yerli və beynəlxalq kurs, konqres və simpoziumlarda iştirak edərək müasir stomatoloji metod və texnologiyaları tətbiq edir. Komandamızın mütəxəssisləri həm uşaqların, həm də böyüklərin fərdi ehtiyaclarını nəzərə alaraq, tam təhlükəsiz və effektiv sedasiya ilə diş müalicəsini həyata keçirir.

RealDent klinikası olaraq biz:

  • Pasiyent məmnuniyyətini hər zaman ön planda tuturuq.

  • Sedasiya ilə diş müalicəsində ən müasir protokollara əməl edirik.

  • Rahat və stresssiz müalicə mühiti yaradırıq.

  • Gigiyenik və tibbi standartlara maksimum diqqət yetiririk.

RealDental MMC-yə verilmiş lisenziya barədə məlumat

RealDental Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 11 fevral 2016-cı il tarixində İSN/L-311/2016 qeydiyyat nömrəsi ilə xüsusi lisenziya verilmişdir. Bu lisenziya əsasında RealDental klinikasına Bakı şəhərində xüsusi tibbi fəaliyyət çərçivəsində ambulator tibbi xidmətlərin göstərilməsinə rəsmi icazə verilir. Klinikada aşağıdakı xidmətlər həyata keçirilir:

  • Terapevtik stomatologiya

  • Cərrahi stomatologiya 

  • Ortopedik stomatologiya

  • Ortodontik stomatologiya

  • Diş texniki xidməti

  • Anesteziologiya-reanimatologiya (İSN/L-311/2016/3)

  • Anestezioloji-reanimatoloji (İSN/L-311/2016/3)

  • Şüa diaqnostikası (İSN/L-311/2016/3)

  • Rentgenologiya (İSN/L-311/2016/3)

Qeyd edək ki, təqdim etdiyimiz bütün tibbi xidmətlər hüquqi baxımdan rəsmi şəkildə təsdiqlənmiş və dövlət tərəfindən lisenziyalaşdırılmışdır. Sağlamlığınız üçün müalicə və stomatoloji xidmətlərinizi yalnız hüquqi əsaslarla fəaliyyət göstərən, rəsmi lisenziyaya malik peşəkar klinikalarda davam etdirməniz tövsiyə olunur. Bu, həm müalicənin keyfiyyəti, həm də əldə edəcəyiniz nəticələrin sağlam və uzunmüddətli olması baxımından son dərəcə vacibdir.

İŞ GÜNLƏRİ

BAZAR ERTƏSİ - ŞƏNBƏ 

10:00 - 20:00 

BAZAR - QEYRİ İŞ GÜNÜ

ÜNVAN

8 Noyabr pr. 15, Azure Residence

Megafun Building

  • Instagram
  • Facebook
  • LinkedIn
  • YouTube

Bizə zəng edin |+994502354333

ag.png
bottom of page