
Breket ilə diş əyriliklərinin müalicəsi
Diş əyrilikləri və çənə problemləri yalnız estetik deyil, həm də funksional narahatlıqlara səbəb ola bilər. Bu problemlərin müalicəsində breketlər dişlərin düzləndirilməsi və çənə quruluşunun normallaşdırılması üçün ən effektiv ortodontik üsullardan biri hesab olunur. Müasir breket növləri sayəsində həm sağlam diş düzümü, həm də estetik gülümsəmə əldə etmək mümkündür. Breketlər əyri, aralı, dönmüş və ya sıx yerləşmiş dişlər daxil olmaqla, müxtəlif diş problemlərini düzəldə bilər.
RealDent klinikası pasiyentlərinə yüksək keyfiyyətli və qabaqcıl texnologiyalı breket sistemləri ilə ortodontik müalicə təqdim edir. Klinikada istifadə olunan Pitts21 və H4 kimi brend breket sistemləri ABŞ istehsalıdır və müasir self-ligating (öz-özünü bağlayan) texnologiyası ilə seçilir.
Bu breketlərin üstünlükləri:
Daha sürətli və effektiv diş düzülməsi – self-ligating mexanizm sayəsində sürtünmə minimuma enir və diş hərəkəti daha optimal şəkildə həyata keçirilir.
Yüksək pasiyent komfortu – daha az diskomfort və daha qısa adaptasiya dövrü təmin edir.
Estetik və biouyğun materiallar – sağlamlıq və görünüş baxımından üstün nəticə verir.
Bununla yanaşı, klinikada Almaniya istehsalı olan BioQuick, MiniSprint və Sprint kimi breket modelləri də istifadə olunur. Bu sistemlər minimal sürtünmə, kompakt dizayn və biouyğun struktur ilə həm effektiv müalicə, həm də estetik görünüş təmin edir.

Breket hansı növlərə bölünür? Qısaca tarixi
Müasir breketlərin tarixi 19-cu əsrə dayanır. Ortodontiya sahəsində tanınmış mütəxəssis Edward Angle diş əyriliklərini siniflərə ayıraraq sistemləşdirmiş və 1915-ci ildə ilk funksional breket modelini təqdim etmişdir. Onun yaratdığı bu model müasir breket texnologiyalarının əsasını təşkil edir.Müasir dövr breketlər aşağıdakı növlərə bölünür.
Metal breketlər
-
Liqaturlu
-
Liqatursuz
Estetik breketlər
-
Sapfir breketlər
-
Keramik breketlər
Görünməyən breketlər
-
Diş arxası (lingval breketlər)
Bəzən pasiyentlər yuxarı dişlərdə şəffaf breketləri, aşağı dişlərdə isə daha möhkəm metal breketləri seçirlər. Bu, həm estetik baxımdan yuxarı dişlərdə az nəzərə çarpan, həm də aşağı dişlərdə möhkəm breketlər təmin edərək “ən yaxşı iki variantı bir arada” təqdim edir. Qarışıq breketlərdən istifadə zamanı tam şəffaf breketlərdəki qırılma və ləkələnmə narahatlığı azalır və qiymət baxımından da pasiyentlərə münasib olur.

Breket dişləri necə düzəldir? İşləmə prinsipi nədir?
Breketlər dişlərə və çənəyə yüngül və davamlı təzyiq göstərərək onların düzülüşünü dəyişir və düzgün yerinə gətirir. Breketlər dişlərə yapışdırılır, arx teli isə bu breketlərdən keçirilir və dişlərə təzyiq edir. Zamanla dişlər tədricən doğru yerinə hərəkət edir. Dişləri saxlayan bağlar bu təzyiqə uyğun olaraq bir tərəfdən sıxılır, digər tərəfdən isə yeni sümük yaranır ki, boşluq dolsun. Sıx diş düzülüşü zamanı breketlər dişləri azca geri, irəli və yanlara hərəkət etdirərək onlar üçün kifayət qədər yer açır. Uşaqlarda çənəni genişləndirmək üçün xüsusi cihazdan istifadə edilir. Daha mürəkkəb hallarda isə bəzən diş çəkilməsi və ya kiçik cərrahi müdaxilə lazım olur. Dərin dişləmə və üst dişlərin irəli çıxması zamanı da breketlər dişlərə təzyiq edərək onları düzgün mövqeyə gətirir. Zamanla sümük də bu dəyişikliklərə uyğunlaşır. Breketlər yalnız dişləri damağa tərəf deyil, dodaqlara doğru da hərəkət etdirir. Beləliklə, breketlər dişlərin və çənənin düzəlməsinə kömək edir və həm sağlam, həm də gözəl təbəssüm qazandırır:
-
Dişlərə davamlı təzyiq verilir.
-
Dişləri saxlayan bağlar bir tərəfdə sıxılır.
-
Digər tərəfdə yeni sümük yaranır(yerini dəyişir)
-
Dişlər tədricən yeni mövqeyə keçir.
-
Sümük və toxumalar bu dəyişikliklərə uyğunlaşır.

Breket ilə Diş Əyriliklərinə Son
RealDent klinikasında 20 ildən artıq təcrübəyə malik peşəkar ortodont həkimlər pasiyentlərə fərdi yanaşma ilə xidmət göstərir. Hər bir pasiyent tam müayinə olunur, diş və çənə quruluşu rentgen və fotolar vasitəsilə qiymətləndirilir. Daha sonra fərdi müalicə planı hazırlanır. Müalicə müddəti, xərclər və uyğun breket növü (metal, keramik, lingval və ya elaynerlər) müəyyən edilir. Sıxlıq hallarında diş çəkilməsi və ya çənə genişləndirici cihaz planlaşdırılır.
Breket müalicəsinə başlamazdan əvvəl ağızda mövcud bütün problemlər aradan qaldırılır. Zəruri hallarda dişlər plomblanır, kök kanalı müalicəsi və diş daşlarının təmizlənməsi aparılır ki, müalicə sağlam əsaslar üzərində qurulsun.

Breket taxdırmaq və ağrı: İlk günlərdə nə gözləmək olar?
Breket taxdırmaq qərarı verildikdən sonra pasiyentlərin ən çox maraqlandığı suallardan biri: “Breket qoydurmaq ağrılıdırmı?” olur. Əslində, diş teli taxdırmaq zamanı, yəni breketlərin ilk dəfə dişlərə yapışdırıldığı anda adətən ciddi bir ağrı hiss olunmur. Prosedur özü ağrısızdır və çox qısa müddətdə tamamlanır. Lakin breket müalicəsi başladıqdan sonra, yəni tellər dişlərə təzyiq etməyə başladıqda, ilk 1–3 gün ərzində ağrı və həssaslıq hissi yaranması tamamilə normaldır.
Bu narahatlıq, dişlərin tədricən hərəkət etməyə başlaması və dişləri saxlayan toxumalara təzyiqin tətbiq olunması ilə bağlıdır. Bu mərhələdə yumşaq və duru qidalara üstünlük verilməsi tövsiyə olunur. Məsələn, şorba, pürelər, qatıq, banan, qaynadılmış tərəvəzlər və yumşaq düyü ilk günlər üçün ideal seçimlərdir.
Vacib məqam odur ki, bu narahatlıq keçici xarakter daşıyır. Bir neçə gün ərzində orqanizm breketlərə alışır, ağrılar tədricən azalır və bir müddət sonra pasiyent breket taxdırdığını belə unudur. Müalicənin davamı ərzində pasiyent artıq daha sərt olmasa da, çoxsaylı gündəlik qidaları qəbul edə bilir. Sadəcə, yapışqanlı, çox bərk və ya dişlə qırılması çətin olan qidalardan (qarğıdalı, toffy, sərt qoz-fındıq) uzaq durmaq lazımdır.
Diş teli qoydurmaq prosesi səbr və diqqət tələb edir. Lakin düzgün müayinə, peşəkar yanaşma və uyğun qidalanma ilə breket müalicəsi daha rahat və effektli şəkildə keçə bilər.


Breket qiymətləri və onlara təsir edən amillər
Estetik və sağlam gülümsəməyə sahib olmaq istəyən hər kəs üçün breket taxdırmaq effektiv və müasir bir həll yoludur. Diş teli müalicəsi sayəsində dişlərdəki əyriliklər zamanla düzəlir və dişlərin ümumi görünüşü daha simmetrik və estetik hala gəlir. Uşaqlarda breket müalicəsi daha qısa müddətdə effekt versə də, yaş artdıqca müalicə müddəti də uzana bilər. Bu səbəbdən breket qiymətlərini təyin edərkən müxtəlif amillər nəzərə alınır.
Breket qiymətləri və ona təsir edən əsas faktorlar:
-
Müalicənin ümumi müddəti
-
Dişlərdəki əyrilik və problemlərin səviyyəsi
-
İstifadə olunan breket növü və materialı (metal, keramik, şəffaf elayner və s.)
-
Materialların keyfiyyəti və davamlılığı
-
Pasiyentin yaşı və fərdi ortodontik ehtiyacları
Breket tellərinin strukturu və estetik görünüşü də qiymətlərə birbaşa təsir edir. Məsələn, daha az nəzərə çarpan şəffaf və ya keramik breketlər klassik metal breketlərə nisbətən bir qədər daha yüksək qiymətlə təklif oluna bilər.
RealDent klinikasında biz həm yüksək keyfiyyətli breketlər, həm də uyğun və hissəli ödəniş imkanları ilə pasiyentlərimizə rahatlıq təmin edirik. Əgər siz də düzgün qiymətə, peşəkar yanaşma ilə breket qoydurmaq və əyriliklərdən xilas olmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayaraq daha ətraflı məlumat əldə edə bilərsiniz.

Breketlər hansı ölkələrə məxsusdur?
Ortodontik müalicədə istifadə olunan breketlərin istehsal olunduğu ölkə, onların keyfiyyəti və texnologiyası baxımından böyük əhəmiyyət daşıyır. Aşağıda ən çox istifadə olunan üç beynəlxalq breket markası haqqında qısa məlumat təqdim edirik:
🔹 OC Orthodontics – ABŞ mənşəlidir. Müasir texnologiyalara əsaslanan, yüksək dəqiqlikli və etibarlı breket modelləri ilə tanınır. Pasiyent rahatlığını və ortodontun işləmə rahatlığını təmin edən innovativ dizaynlarla seçilir.
🔹 Forestadent – Almaniya istehsalıdır. Estetik görünüşə və funksionallığa xüsusi önəm verən Forestadent, xüsusilə keramik və lingval breketlər sahəsində qabaqcıl brendlərdən biridir. Keyfiyyət və uzunömürlülük baxımından Avropada geniş istifadə olunur.
🔹 RMO (Rocky Mountain Orthodontics) – ABŞ istehsalıdır. Dünyada ortodontik sahədə ən uzun tarixə malik brendlərdən biridir. Yüksək keyfiyyətli metal breketlər və əlavə ortodontik materiallarla tanınır.
Bu brendlərin hər biri fərqli ehtiyaclara və estetik tələblərə uyğun breketlər təklif edir. RealDent klinikasında da məhz bu kimi dünya brendlərinə üstünlük verilir ki, pasiyentlərə həm funksional, həm də estetik cəhətdən ideal nəticə təqdim olunsun.
Breket və Şəffaf Elaynerlərin Müqayisəsi
Ортодонтическая система | Эффективность | Срок лечения |
---|
Elaynerlər
Nəticə olaraq, sizin üçün ən uyğun ortodontik müalicəni seçmək bir neçə faktordan asılıdır.
Breketlər, sabit olması səbəbilə çox ciddi ortodontik problemlərin müalicəsində daha güclü nəticələr verir. Digər tərəfdən, şəffaf elaynerlər daha gizli və çıxarıla bilən variant təklif edir və estetik rahatlıq axtaranlar üçün ideal seçimdir.
Əgər hansı üsulun sizin üçün daha uyğun olduğunu bilmirsinizsə, RealDent klinikası ilə əlaqə saxlayın. Gözəl gülümsəməyə bir addım yaxın olmaq üçün müayinəyə yazılın!
Metal Breketlər
yüngül və orta dərəcəli əyriliklər
ağır və orta dərəcəli əyriliklər
təxminən 12 ay
təxminən 18-24 ay

Breketlərdə yaş məhdudiyyəti varmı?
Yaşınızdan asılı olmayaraq, ortodontik müalicə üçün heç vaxt gec deyil. Ortodontik müalicə üçün yaş çox nadir hallarda həlledici faktor sayılır. Ortodont həkiminiz fərdi müalicə planınızı hazırlayarkən bir çox amili nəzərə alacaq, lakin bu müalicə böyüklər üçün də gənclər qədər uğurlu ola bilər. Hətta ortodontik xəstələrin üçdə biri böyüklərdir – bu da göstərir ki, uzun illər arzuladığınız təbəssüm üçün yaşınız maneə deyil.
İstər 8, istərsə də 80 yaşınız olsun, dişlərin sümük vasitəsilə hərəkət etməsi eyni fizioloji prosesdir. Dişlərə müəyyən müddət ərzində tətbiq edilən qüvvələr nəticəsində onların mövqeyi dəyişir – bu, yaşdan asılı deyil. Ortodontik problemlərin çoxu böyüklərdə də uşaqlar və yeniyetmələrdə olduğu kimi asanlıqla düzəldilə bilər. Siz yeniyetmə olmasanız da, dişləriniz yenə də hərəkət etdirilə və düzəldilə bilər – nəticədə həm estetik təbəssüm, həm də sağlam diş qapanması əldə olunur.
Böyüklər və uşaqlar/yeniyetmələr arasında əsas fərq onların artıq böyümə prosesinin tamamlanmış olmasıdır. Bu fərq ortodontik müalicənin uğuruna təsir etməsə də, yetkin insanlarda sümük toxumasının sıxlığı səbəbindən müalicə eyni problemin uşaqda olduğu vəziyyətə nisbətən bir qədər uzun çəkə bilər.
Diş Teli Taxıldıqdan Sonra Nələrə Diqqət Edilməlidir?
Breket (diş teli) taxıldıqdan sonra ilk günlərdə pasiyentlərdə dişlərdə və ağız içində müəyyən həssaslıq və narahatlıq yarana bilər. Bu mərhələdə sərt, yapışqan və çətin çeynənən qidalardan uzaq durmaq, əvəzində yumşaq və duru qidalarla qidalanmaq tövsiyə olunur. Ağız gigiyenası xüsusi əhəmiyyət daşıyır – dişlər gündəlik olaraq breket fırçası ilə təmizlənməli, ağız yaxalama məhlullarından istifadə edilməlidir. Bu qaydalara düzgün əməl edilməsi müalicənin effektivliyinə birbaşa təsir göstərir.
Breket taxıldıqdan sonra tellərin dodaq və yanaq səthlərinə sürtünməsi nəticəsində ağız içində yara və qıcıqlanmalar müşahidə oluna bilər. Belə hallarda breket mumu istifadə olunur. Mum, breketin qıcıqlandırıcı hissələrinin üzərinə qoyularaq sürtünməni azaldır və müvəqqəti qoruyucu qat yaradır. Bu, xüsusilə müalicənin ilk günlərində pasiyentə əhəmiyyətli rahatlıq təmin edir.
Breket müalicəsi başlayan zaman bir çox klinikalar pasiyentlərə breket dəsti təqdim edir. Bu dəst adətən aşağıdakı vasitələrdən ibarət olur:
-
Breket fırçası
-
Aralıq (interdental) fırça
-
Ortodontik diş ipi
-
Breket mumu
Bu vasitələr müalicə dövründə ağız gigiyenasını qorumaq, qıcıqlanmanı azaltmaq və pasiyentin gündəlik qayğısını asanlaşdırmaq üçün nəzərdə tutulur.