
Həm estetik görünüş, həm də möhkəmlik baxımından uzun illərdir stomatologiyada istifadə olunan müalicə üsullarından biri də metal keramika dişlərdir. Bu örtüklər metal baza üzərinə keramika qatı ilə hazırlanır. Yəni həm güclü, həm də daha təbii görüntü yaradan bir materialdır. Bu səbəbdən keramika diş müalicələri xüsusilə arxa dişlər üçün geniş tətbiq olunur
Metal keramika dişlərin üstünlükləri nələrdir?
Metal keramika diş örtükləri aşağıdakı səbəblərə görə hələ də pasiyentlər tərəfindən seçilir:
Yüksək davamlılıq – Metal baza dişi möhkəmləndirir, xüsusilə arxa dişlər üçün uyğundur.
Təbii görüntü – Keramika qatı sayəsində rəng və parlaqlıq baxımından təbii dişə bənzəyir.
Uğurlu çeynəmə funksiyası – Metal keramika dişlər digər dişlərlə yaxşı uyğunlaşır, rahatlıqla çeynəməyə imkan verir.
Uzunömürlüdür – Mütəmadi baxım və düzgün gigiyena ilə illərlə istifadə edilə bilər.
Daha uyğun qiymət – Ənənəvi zirkon örtüklərlə müqayisədə keramika diş qiyməti daha münasibdir.

Metal-keramika diş- kimlər üçün daha uyğundur?
Metal-keramika diş kimlər üçün uyğundur?
Metal keramika dişlərin aşağıdakı hallarda istifadəsi daha uyğun hesab edilir:
-
Diş formasında və ya rəngində estetik problemi olanlara
-
İmplant diş üçün sümük yetərsizliyi olan pasiyentlərə
-
İmplant əməliyyatı edə bilməyən və ya istəməyən şəxslərə
-
Diş körpüsü yerləşdirilməsi lazım olan hallarda
-
Büdcəsinə uyğun və uzunömürlü diş örtüyü axtaranlara
-
Arxa dişlər üçün möhkəm və davamlı estetik dişə sahib olmaq istəyənlərə
-
Dişlərində böyük çürük və ya struktur itkisi olanlara

Zirkon və keramika fərqi nədədir?
Çoxu pasiyent qərarsız qalır: zirkon diş daha yaxşıdır, yoxsa metal keramika? Əslində hər ikisinin öz üstünlükləri və tətbiq sahələri var. Seçim zamanı həm estetik, həm də funksional ehtiyaclar, büdcə və diş ətinə uyğunluq kimi amillər nəzərə alınmalıdır.
1. Estetik görünüş
-
Zirkon diş örtükləri daha şəffaf və işıq keçiricidir, bu da onları təbii dişə daha yaxın göstərir.
-
Metal keramika örtüklər isə daha az şəffafdır və xüsusilə ön dişlərdə diş əti çəkildikcə metal hissə görünə bilər.
2. Bioloji uyğunluq və diş əti ilə əlaqə
-
Zirkon örtüklər metal içlik daşımadığı üçün diş əti ilə daha yaxşı uyğunlaşır, allergiya və ya qıcıqlanma riski azdır.
-
Metal-keramika örtüklərdə bəzən diş əti ilə təmasda olan hissələrdə iltihab və qızartı yarana bilər.
3. Dayanıqlılıq və möhkəmlik
-
Hər iki örtük növü möhkəmdir, lakin metal keramika örtüklər çeynəmə təzyiqinə qarşı daha çox dözümlüdür və arxa dişlərdə geniş istifadə olunur.
-
Zirkon örtüklər də kifayət qədər möhkəmdir, amma daha çox estetik zonalarda (ön dişlərdə) üstünlük təşkil edir.
4. Qiymət
-
Metal keramika dişlər daha sərfəli qiymətə təklif olunur.
-
Zirkon dişlər isə texnologiya və material fərqinə görə daha bahalıdır.
5. Uzunömürlülük
-
Zirkon örtüklər estetik baxımdan uzunmüddətli nəticə verir və rəngi zamanla dəyişmir.
-
Metal-keramika isə müəyyən müddətdən sonra diş ətində rəng dəyişikliyi və estetik narahatlıqlar yarada bilər.

Metal keramika dişlərin digər örtüklərlə müqayisəsi
Metal keramika dişlər uzun müddətdir istifadə olunsa da, bu gün bir çox fərqli diş örtüyü növləri mövcuddur. Aşağıda metal keramika ilə yanaşı digər geniş yayılmış keramika diş növlərinin fərqləri təqdim olunur:
Kompozit örtüklər: Daha ucuzdur və tez hazırlanır. Estetik cəhətdən zəifdir və tez aşınır. Müvəqqəti həll kimi daha uyğundur.
E.max (litium-disilikat) keramika: Şəffaflığı və estetikliyi çox yüksəkdir, xüsusilə ön dişlər üçün istifadə edilir. Metal tərkibli deyil, lakin kövrək ola bilər.
Zirkon diş: Həm möhkəmdir, həm də şəffaflığa malikdir. Təbii görünüşü və uzunömürlülüyü ilə seçilir. Qiyməti daha yüksəkdir.
Metal keramika: Daha sərfəli, dayanıqlı və arxa dişlər üçün ideal seçimdir. Lakin estetik baxımından zirkon və e.max qədər şəffaf və təbii görünmür.
Hər örtüyün özünəməxsus üstünlükləri var və seçim zamanı həm büdcə, həm də estetik gözləntilər nəzərə alınmalıdır.

Metal Keramika dişlərin quraşdırılması necə olur?
Metal-keramika örtüklərin hazırlanmasına diş həkimi tərəfindən ağız boşluğundan dəqiq ölçülərin götürülməsi ilə başlanılır. Daha sonra laboratoriyada pasiyentin ağız quruluşuna uyğun olaraq metal baza hazırlanır. Bu metal baza üzərinə estetik görünüş təmin edən keramika qatı çəkilir. Hazır diş örtüyü ağızda yerləşdirilərək uyğunluğu yoxlanılır. Əgər ehtiyac olarsa, son düzəlişlər aparılır və örtük daimi olaraq yapışdırılır. Bu prosesin dəqiqliklə aparılması həm funksional, həm də estetik nəticənin uğurlu olmasını təmin edir.
Metal Keramika dişlərin qiymətləri
Metal-keramika diş örtüklərinin qiymətləri bir neçə faktordan asılı olaraq dəyişə bilər. Bu faktorlara istifadə olunan materialın keyfiyyəti, laboratoriya işinin səviyyəsi, stomatoloqun təcrübəsi və klinikanın avadanlıq imkanları daxildir. Bəzi hallarda, örtüyün tətbiq olunacağı dişin vəziyyəti – yəni ön diş və ya arxa diş olması – qiymətə təsir göstərə bilər. Əlavə olaraq, metal bazanın növü (məsələn, adi metal, qızıl əsaslı və ya bio-uyğun ərintilər) və keramika qatının işlənmə səviyyəsi də qiymətləndirməyə daxil edilir. Hər bir pasiyent üçün fərdi plan hazırlandığı üçün, dəqiq qiymət yalnız müayinə və planlaşdırmadan sonra müəyyən edilir. Metal-keramika örtüklər, estetik görünüş və funksionallığın uyğun balansını təklif etdiyinə görə orta səviyyəli büdcəyə uyğun seçimlər arasında yer alır.
Metal keramika dişlər diş ətindən görünürmü? Diş ətinə necə təsir edir?
Metal keramika dişlər daxili hissəsi metal, üzəri isə keramikadan ibarət olan estetik diş örtükləridir. Bu örtüklər xüsusilə arxa dişlərdə möhkəmlik və uyğun qiymətə görə üstünlük təşkil edir. Ancaq zamanla diş əti çəkildikdə, metal hissə diş ətindən görünə bilər. Bu hal daha çox ön dişlərdə estetik narahatlıq yaradır.
-
Diş ətinə təsiri
Metal keramika dişlər bəzən diş əti ilə tam uyğunlaşmır. Bu zaman örtüklə diş əti arasında mikro boşluqlar yarana bilər. Bu boşluqlara yemək qalıqları dolduqda:
-
Diş əti iltihabı
-
Qızartı, şişlik və qanama
-
Ağızda pis qoxu
-
Diş kökü ətrafında infeksiya kimi problemlər ortaya çıxır. Bu vəziyyət diş əti xəstəliklərinin yaranma riskini artırır.
-
Çürümə və ağrı riski
Metal keramika örtüklərin altındakı təbii diş zamanla çürüyə bilər, xüsusilə örtük dişə tam oturmayıbsa. Çürümə olduqda davamlı diş ağrısı, pis iy və iltihab əlamətləri müşahidə olunur. Bu hallar müalicə olunmazsa, dişin tam itirilməsi ilə nəticələnə bilər.
-
Estetik təsiri və narahatlıq
Zamanla metal hissənin görünməsi diş ətrafında qara xətt effekti yaradır. Bu isə həm pasiyent, həm də ətrafdakılar üçün xoşagəlməz görüntü formalaşdıra bilər. Bu xüsusilə estetik gülüş zonasına təsir etdiyinə görə tiksindirici vizual effekt yarada bilər.
