
İtirilmiş dişin yerini doldurmaq üçün çənə sümüyünə yerləşdirilən süni diş kökü- diş implantıdır. Adətən titanyum və ya zirkonyumdan hazırlanır və bu materiallar ağız içi toxumalara uyğun gəlir. Biouyğundur və təhlükəsiz sayılır. İmplant diş birbaşa çənə sümüyünə yerləşdirildiyi üçün möhkəm və uzunömürlü olur.
Dental implantlar funksiyasını itirmiş və ya çəkilmiş dişin yerində həm estetik, həm də praktik baxımdan ən real alternativdir. Bu implantlar yerləşdirildikdən sonra onun üzərinə qapaq, körpü və ya protez bağlanır və nəticədə yeni diş təbii dişə çox bənzəyir. Düzgün qulluq edildikdə, implantlar uzun illər, bəzən ömürlük ağızda qala bilər.

İmplant diş hansı hissələrdən ibarətdir?
İmplant diş ümumilikdə üç əsas hissədən ibarətdir. Bu hissələr birlikdə işləyərək süni dişin möhkəm və funksional olmasını təmin edir:
-
İmplant – süni diş kökü
Adətən titanyumdan hazırlanır və birbaşa çənə sümüyünə yerləşdirilir. Bu hissə təbii diş kökünü əvəz edir və digər komponentlər üçün möhkəm dayaq rolunu oynayır. Onu da qeyd edək ki, həkiminiz diş implantının yerləşdirilməsindən əvvəl sümüyünüzün yetərincə qalın və möhkəm olub-olmadığını yoxlayacaq. Sümük kifayət qədər möhkəm deyilsə, buna uyğun müalicə planı hazırlanacaq. -
Abutment – bağlayıcı hissə
İmplant dişin üzərinə bərkidilən kiçik bir hissədir. Diş ətindən bir qədər yuxarı çıxır və süni dişin implantla birləşməsini təmin edir. Abutment birbaşa implantın içərisinə yerləşdirilir və onu sabit şəkildə qalmasını təmin edir. -
Qapaq– görünən süni diş -Bu, abutmentin üzərinə yerləşdirilən və təbii dişə bənzəyən hissədir. Süni diş kökü pasiyentin diş formasına və rənginə uyğun hazırlanır, həm estetik, həm də funksional baxımdan vacib rol oynayır.

İmplant diş hansı hallarda qoyulur?
Ağızda bir və ya bir neçə dişin itirildiyi hallarda tətbiq olunan effektiv və uzunmüddətli həll yolu implant diş-in qoyulmasıdır. Müasir stomatologiyada aşağıdakı vəziyyətlərdə diş implantı qoyulması tövsiyə olunur:
1. Bir və ya bir neçə daimi dişin itirilməsi
Ən çox rast gəlinən səbəb dişin çəkilməsi və ya travma nəticəsində itirilməsidir. Boş qalan diş yeri həm estetik, həm də çeynəmə funksiyasını poza bilər. Bu zaman diş implantı təbii dişi əvəz edir.
2. Çeynəmə çətinliyi və dişlərin funksional itkisi
Diş itkisi nəticəsində çeynəmə funksiyası pozulduqda, implant diş normal çeynəmə gücünü bərpa etməyə kömək edir.
3. Dişlərdə estetik problem
Xüsusilə ön dişlərin itirilməsi estetik baxımdan narahatlıq yaradır. Diş implantı təbii görünüşü və sabitliyi ilə bu problemi aradan qaldırır.
4. Klassik körpü və ya protezlərə alternativ olaraq
Əgər pasiyent çıxarılan protezlərdən narazıdırsa, dental implant daha uzunmüddətli və sabit həll yolu yaradır.
5. Sabit ortodontik dayağa ehtiyac olduqda
Bəzən ortodontik müalicələrdə implantlar sabit dəstək kimi də istifadə oluna bilər, xüsusilə də arxa zonalarda. Həm funksional, həm də estetik səbəblərlə bir və ya bir neçə dişin əvəz edilməsi üçün implant diş istifadə olunur. Əgər çənə sümüyü sağlamdırsa və ümumi sağlamlıq vəziyyəti imkan verirsə, bu müasir üsul ən effektiv həll yolu sayılır.

İmplant dişin növləri
İmplant diş çənə sümüyünə yerləşdirmə üsuluna və sümük vəziyyətinə görə müxtəlif tiplərdə olur. Hər bir növ fərqli klinik hallara uyğunlaşdırılıb və müxtəlif texniki xüsusiyyətlərə malikdir:
1. Endosteum Implants (Endosteal İmplantlar)
Bu, ən çox istifadə olunan diş implantı növüdür. Sümüyün içinə birbaşa yerləşdirildiyi üçün möhkəm və uzunömürlü nəticələr verir.
-
Çənə sümüyünün içərisinə yerləşdirilir.
-
Adətən vida və ya silindr formasında olur.
-
Sağlam çənə sümüyü olan pasiyentlər üçün uyğundur.
2. Subperiosteal Implants (Sümüküstü İmplantlar)
Bu implant diş növü sümüyün içi yerinə üzərinə – diş ətinin altına yerləşdirilir. Sümüyü zəif olan şəxslər üçün yaxşı seçimdir.
-
Çənə sümüyü az olan şəxslərdə istifadə olunur.
-
Metal çərçivə şəklində hazırlanır.
-
Sümük artırılması mümkün olmayan hallarda tətbiq edilir.
3. Zygoma Implants (Zigoma İmplantları)
Bu növ implant diş yuxarı çənədə sümük itkisi çox olan hallarda istifadə olunur. İmplant çənə sümüyü yerinə yanaq sümüyünə yerləşdirilir.
-
İrəli dərəcədə sümük itkilərində istifadə olunur.
-
Yanaq sümüyünə yerləşdirilir.
-
Digər implant üsulları mümkün olmadıqda tətbiq edilir.


İmplant diş necə yerləşdirilir? – Bütün müalicə prosesi addım-addım
İmplant diş yerləşdirilməsi bir neçə mərhələdən ibarət tibbi və cərrahi prosedurdur. Prosesin məqsədi süni diş kökünü çənə sümüyünə yerləşdirərək, üzərinə qapaq və ya protez bərkitməkdir. Müalicə müddəti pasiyentin sümük vəziyyətindən və ümumi sağlamlıq durumundan asılı olaraq fərqli ola bilər.
1. Müayinə və ilkin planlaşdırma
Əvvəlcə ağız içi, diş əti və sümük quruluşu müayinə olunur. Panoramik rentgen və ya 3D tomoqrafiya ilə sümüyün vəziyyəti, qalınlığı və implant üçün uyğun olub-olmaması qiymətləndirilir. Bu mərhələdə şəkərli diabet, hamiləlik, qan xəstəlikləri və digər sistemik problemlər də araşdırılır.
2. İmplant dişin yerləşdirilməsi
Əgər sümük uyğun olarsa, lokal anesteziya ilə implant (vida) sümüyə yerləşdirilir. Prosedur təxminən 15–30 dəqiqə davam edir və ağrısızdır. Realdent Klinikasında İmplantların yerləşdirilməsi sedasiya ilə həyata keçirilir. Tam ağrısız şəraitdə implant əməliyyatınızı həyata keçirə bilərsiniz. Qeyd edək ki, bu mərhələdə yalnız süni kök yerləşdirilir, üst hissə hələ qoyulmur.
3. Osteointeqrasiya – Sümüyə birləşmə dövrü
İmplant yerləşdirildikdən sonra təxminən 2–4 ay ərzində sümük implantı qəbul edir və onunla bərkiyir (bu prosesə osteointeqrasiya deyilir). Bu mərhələdə dental implant tam sabitlənir və təzyiqə davamlı hala gəlir.
4. Abutment və qapağın yerləşdirilməsi
Son mərhələdə implantın üzərinə abutment (bağlayıcı hissə) və onun üstünə fərdi hazırlanmış qapaq (süni diş) yerləşdirilir. Dişin forması və rəngi pasiyentin təbii dişlərinə uyğun seçilir.
Nəticədə, pasiyent həm funksional, həm də estetik baxımdan təbii dişə çox bənzəyən bir nəticə əldə edir.

İmplant dişin fəsadları və mümkün zərərləri
İmplant diş prosesi ümumilikdə təhlükəsiz prosedur sayılır. Amma bəzi hallarda müəyyən risklər və fəsadlar yarana bilər:
-
İltihab və infeksiya – Əməliyyat bölgəsində bakteriyaların yaranması nəticəsində ağrı, şişkinlik və irinləmə ola bilər.
-
Sümük inteqrasiyasının pozulması – İmplant diş sümüklə birləşməzsə (osteointeqrasiya uğursuz olarsa) sabit qalmaz və çıxarılmalı ola bilər.
-
Sinir zədələnməsi – Çox nadir olsa da, aşağı çənə sinirlərinə toxunmaqla keylik, karıncalanma və ağrı baş verə bilər.
-
İmplantın yerindən çıxması və ya qırılması – Əgər implant düzgün yerləşdirilməzsə və ya diş sıxma vərdişi (bruksizm) varsa, implant zədələnə bilər.
-
Sinus boşluğuna təsir – Yuxarı çənədə yerləşdirilən implant sinus boşluğuna çox yaxın olarsa, sinus problemləri yarana bilər.
Bu səbəbdən diş implantı prosedurunu yalnız rəsmi sertifikatlı və gigiyena qaydalarına ciddi riayət edən stomatoloji klinikalarda etdirmək tövsiyə olunur. RealDent klinikasına müraciət edərək, implant proseduru ilə bağlı sizi maraqlandıran bütün sualları verə və mütəxəssislər tərəfindən ətraflı məlumat ala bilərsiniz.

İmplant Diş Qiymətləri
İmplant diş qiymətləri bir sıra amillərdən asılı olaraq dəyişir. Qiymətə implantın markası, materialı (titan və ya zirkon), yerləşdiriləcək bölgə, klinikanın səviyyəsi və həkimin təcrübəsi təsir edir. Azərbaycanda implant dişlərin qiymətləri təxmini 800–2500 AZN aralığında dəyişir. Ən sərfəli variantlar titan əsaslı implantlardır, zirkon implantlar isə daha estetik və bahalı olur. Dəqiq qiymət üçün klinikada konsultasiya almaq tövsiyə olunur. Daha ətraflı məlumat üçün implant diş qiymətləri səhifəsinə keçid edin.
İmplant diş sonrası nələrə diqqət yetirməliyik?
İmplant diş prosedurundan sonra düzgün qulluq və ağız gigiyenası, implantın ömrünü və funksionallığını müəyyən edən əsas faktorlardandır. İmplantdan əvvəlki ağız şəraiti ilə implantdan sonrakı dövr arasında fərqlər var və bu fərqlərə uyğun davranmaq vacibdir.
İmplant diş qoyulduqdan sonra ilk günlərdə:
-
İsti, sərt və çox ədviyyatlı yeməklərdən uzaq durmaq,
-
Təyin olunan dərmanları vaxtında qəbul etmək,
-
Ağızı çox yumaqdan və ya tüpürməkdən çəkinmək lazımdır.
İmplantdan sonrakı müddətdə:
-
Gündə ən az iki dəfə diş fırçalama,
-
Diş arası üçün sap və ya interdental fırçalardan istifadə,
-
Antiseptik ağız yaxalama vasitələri ilə gigiyenanı qorumaq,
-
Siqaret çəkməmək və şəkər səviyyəsinə nəzarət etmək,
-
6 ayda bir mütəmadi olaraq stomatoloq müayinəsinə getmək şərtdir.
Unutmayın ki, implant diş də təbii diş kimi gündəlik baxım tələb edir. İmplantdan əvvəlki diş vərdişləri zəif olubsa, implantdan sonra bu vərdişlərin dəyişdirilməsi uğurlu nəticə üçün vacibdir. Beləliklə, implant diş uzun illər sağlam şəkildə funksiyasını qoruyub saxlaya bilər.
Dental implant öncəsi hansı müayinələr lazımdır?
Dental implant və ya implant diş müalicəsinə başlamazdan əvvəl düzgün diaqnostika və görüntüləmə çox vacibdir. İmplant dişlər yalnız itirilmiş dişin yerini doldurmur, eyni zamanda ağız funksiyasına və danışığa mane olmadan uzunmüddətli və estetik bir həll təqdim edir. Lakin uğurlu nəticə əldə etmək üçün planlama mərhələsində həkim tərəfindən ətraflı müayinələr və görüntüləmə üsulları tətbiq edilməlidir. Dental implant yerləşdiriləcək bölgədə sümük həcmi, keyfiyyəti və ətraf anatomik strukturların (məsələn, aşağı alveolyar sinir və ya maksillar sinus) yeri dəqiq müəyyən olunmalıdır. Bu məqsədlə istifadə olunan radioloji üsullar – panoramik rentgen, periapikal və oklüzal radioloqrafiya, lateral sefalometrik görüntülər, eləcə də daha müasir texnologiyalar olan kompüter tomoqrafiyası (CT) və konik şüa ilə tomoqrafiya (CBCT) – implant planlamasında mühüm rol oynayır. Həmçinin qeyd edilən avadanlıq RealDent Klinikasında mövcuddur və dental implantların dəqiq planlaşdırılmasında, onların funksional və estetik cəhətdən uğurlu tətbiqində mühüm yer tutur.
Bu müayinə üsulları sayəsində həkim, implant dişin yerləşdirilmə bucağını, ölçüsünü və sümüyə inteqrasiyasını dəqiq şəkildə qiymətləndirə bilir. Beləliklə, dental implant əməliyyatından əvvəl aparılan düzgün diaqnostika, həm funksional, həm də estetik cəhətdən uğurlu nəticə əldə etməyə zəmin yaradır.
Ən Yaxşı Diş İmplant Həkimi və Klinika Seçimi-Nələrə diqqət etməlisiz?
Axtarışlarınızda "ən yaxşı implant həkimi", "ən yaxşı diş implant həkimi" və ya "ən yaxşı diş implant klinikası" kimi açar sözləri yazdığınızda qarşınıza çox sayda seçim çıxa bilər. Biz isə bilirik ki, siz sağlamlığınızı etibar edə biləcəyiniz, peşəkar və etibarlı bir klinika axtarırsınız. Məhz bu səbəbdən sizə niyə RealDent klinikasına müraciət etməli olduğunuzu və bizdən hansı implantoloji xidmətləri ala biləcəyinizi ətraflı şəkildə təqdim edirik.
RealDent Klinikasının fəaliyyəti rəsmi sertifikatlarla təsdiqlənmişdir və biz bütün stomatoloji xidmətləri tam qanuni çərçivədə həyata keçiririk. Həkim komandamız uzun illərdir implantologiya sahəsində fəaliyyət göstərir və bir çox beynəlxalq sertifikatlara malikdir. Bu isə pasiyentlərimizə tam güvənli və yüksək keyfiyyətli xidmət göstərməyimizə zəmanət verir.
Bizim üçün pasiyent məmnuniyyəti birinci yerdədir. Yalnız prosedur zamanı deyil, implantdan sonra da bütün suallarınızı cavablandırmağa və sizə hər zaman dəstək göstərməyə hazırıq.
İstifadə etdiyimiz implant materialları – ICX (Almaniya) və Straumann (İsveçrə) – dünyaca məşhur və keyfiyyəti təsdiqlənmiş məhsullardır. Ucuz qiymət təklif edən, lakin keyfiyyəti və nəticəsi sual altında olan klinikalara müraciət etməzdən əvvəl yaxşı düşünmək önəmlidir. Çünki bu sahədə ucuz qiymət bəzən sağlamlıq baxımından yüksək risk daşıyır.
Unutmayın: hər bir implant proseduru yalnız bu sahə üzrə ixtisaslaşmış və rəsmi icazəyə malik həkim tərəfindən həyata keçirilməlidir. Ən yaxşı diş implant həkimi seçimi, uğurlu nəticənin əsas şərtidir. RealDent bu tələblərə tam cavab verir və sizə peşəkar, təhlükəsiz və nəticəyə yönəlik implantoloji xidmət təklif edir.




