top of page
image.png

Diş İmplant Növləri: Bazal İmplant və Mikro İmplant

Ən yaxşı diş  implant növünü necə seçmək olar?
Ən yaxşı implant növü hər bir pasiyentin fərdi ehtiyac və ağız quruluşuna görə dəyişir. Seçim zamanı bir çox amillər – çənə sümüyünün sıxlığı, sümük itkisi dərəcəsi, estetik gözləntilər və ümumi sağlamlıq vəziyyəti nəzərə alınmalıdır. Məsələn, sümük sıxlığı yüksək olan pasiyentlər üçün endosteal implantlar (birbaşa çənə sümüyünə yerləşdirilən implantlar) uzunmüddətli davamlılıq və sabitlik baxımından ən yaxşı implant növü hesab edilir. Lakin sümük itkisi olan pasiyentlər üçün sümük artırılmasına alternativ olaraq bazal implantlar və ya mini implantlar seçilə bilər.
Mini implantlar daha nazik quruluşda olur və tez-tez kiçik diş boşluqları və ya diş protezlərinin dəstəklənməsi üçün istifadə olunur. Bu implantlar sümük transplantasiyasına ehtiyac olmadan tətbiq edilir və tez yükləmə imkanı verir. Digər tərəfdən, bazal implantlar kortikal sümük qatına yerləşdirildiyi üçün daha zəif sümük strukturlarında belə uğurla istifadə olunur və sürətli nəticə əldə etməyə imkan verir.
Ən doğru qərarı vermək üçün təcrübəli implantoloqla məsləhətləşmək vacibdir. Həkim sizin ağız boşluğunuzu, sümük səviyyənizi və estetik tələblərinizi qiymətləndirərək sizə uyğun ən yaxşı diş implant növünü tövsiyə edəcək. Beləliklə, funksional və estetik baxımdan ideal nəticə əldə etmək mümkündür.

image.png

Mikro implant nədir və nə zaman tətbiq olunur?

Mikro implant ortodontik müalicədə dişlərin daha dəqiq və kontrollu hərəkətini təmin etmək üçün istifadə olunan kiçik ölçülü, müvəqqəti titandan hazırlanmış implantlardır. Bu sistemlər çənə sümüyünə minimal invaziv üsulla yerləşdirilir və breket sisteminə əlavə dayaq nöqtəsi verir. Müalicə bitdikdən sonra mikro implant çıxarılır. Bu implantlar ənənəvi üsullarla mümkün olmayan diş hərəkətlərini asanlaşdırır və ümumi müalicə müddətini qısaldır. Ortodontiyada Dentos, OrthoEasy və Ankyra kimi beynəlxalq tanınmış mikro implant brendləri istifadə olunur.

Mikro implant aşağıdakı hallarda tətbiq edilir:

  • Dişlərin dəqiq istiqamətə hərəkət etdirilməsi üçün əlavə dayaq nöqtəsi lazım olduqda
     

  • Dişlərin arxa və ya ön hissəyə doğru çəkilməsi zamanı
     

  • Ağızda simmetriya pozuntularının düzəldilməsi üçün
     

  • Klassik breket sistemi ilə tam nəticə əldə edilmədikdə
     

  • Çənə sümüyü zəif və ya sümük həcmi az olduqda
     

  • Ənənəvi ortodontik üsullarla hərəkət verilməsi mümkün olmayan dişlərin düzəldilməsində
     

  • Ortodontik qüvvənin bərabər paylanması üçün sabitlik lazım gəldikdə

image.png

Bazal implant nədir?

Bazal implant – çənə sümüyünün ən dərin və sərt qatına (kortikal sümüyə) yerləşdirilən xüsusi quruluşlu diş implantıdır. Ənənəvi implantlarla müqayisədə fərqi ondadır ki, bazal implant zəif sümük həcmi olan pasiyentlərdə sümük artırma əməliyyatı olmadan istifadə edilə bilər. Bu implant növü xüsusilə uzunmüddətli dişsizliyi olan, çənə sümüyü ərimiş və ya klassik implant üçün uyğun olmayan hallarda tətbiq olunur.
Bazal implant daha uzun, nazik və möhkəm quruluşa malikdir və sümüyə birbaşa vidalanaraq yüksək stabilik təmin edir. Əməliyyat sonrası çox zaman 72 saat içində protezlə yüklənə bilər, yəni pasiyent qısa müddətdə yeni dişlərinə qovuşur.
Müasir stomatologiyada bazal implant tez, cərrahisiz və sümük transplantasiyasız implantasiya üsulu kimi qəbul olunur. Xüsusilə yaşlı pasiyentlərdə, diabet və osteoporoz kimi yanaşı xəstəlikləri olan şəxslərdə uğurla tətbiq olunur.

image.png

Bazal İmplant

Hybrid teeth implants(hibrid diş implantları) nədir? 

Hybrid teeth implants (hibrid diş implantları) – sabit implant dayaqları üzərində qurulan və çıxarıla bilən protezlərin rahatlığını daşıyan müasir implant-protez sistemidir. Hibrid diş implantları ən çox tam dişsiz pasiyentlər üçün uyğun hesab olunur və həm funksional, həm də estetik cəhətdən yüksək nəticələr verir. Bu sistem həm sabitlik, həm də gündəlik təmizləmə baxımından üstünlük təqdim edir. Hybrid teeth implants xüsusilə ənənəvi çıxarıla bilən protezlərlə çətinlik yaşayanlar üçün ideal seçim sayılır.

Bu və digər diş implant qiymətləri ilə də maraqlanırsınızsa, növbəti yazıya keçid edin.

image.png

İŞ GÜNLƏRİ

BAZAR ERTƏSİ - ŞƏNBƏ 

10:00 - 20:00 

BAZAR - QEYRİ İŞ GÜNÜ

ÜNVAN

8 Noyabr pr. 15, Azure Residence

Megafun Building

  • Instagram
  • Facebook
  • LinkedIn
  • YouTube

Bizə zəng edin |+994502354333

ag.png
bottom of page