
İmplant diş qiymətləri ölkədən-ölkəyə görə dəyişir. Məsələn. Avropa ölkələri: İspaniya, Macarıstan və Polşa kimi ölkələrdə implant diş qiymətləri adətən 800–1500 avro aralığındadır. Bu ölkələrdə diş turizmi geniş inkişaf edib və beynəlxalq pasiyentlərə yüksək səviyyəli xidmət təqdim olunur. Türkiyə son illərdə diş turizmi üçün məşhur məkanlardan birinə çevrilib. İstanbul və Antalya kimi şəhərlərdə yerləşən klinikalarda beynəlxalq standartlara uyğun xidmət göstərilir. Burada implant diş 800–1200 ABŞ dolları aralığındadır.

İmplant Diş qiymətləri: Titan və Zirkon Materiallı-Hansı Bahadır?
Ən çox istifadə olunan material titanyumdur. Çünki həm möhkəm, həm də sərfəlidir. Zirkon (keramika əsaslı) implantlar isə daha estetik və metal tərkibli olmayan alternativdir, lakin implant diş qiyməti baxımından bir qədər yüksəkdir.
İmplant Materialları və Xüsusiyyətləri
-
Titanium – 1965-ci ildən etibarən istifadə olunur. Korroziyaya və adsorbsiya proseslərinə qarşı yüksək davamlıdır. Həm də sümüklə yüksək səviyyədə inteqrasiya olunur (osseointegration) və bu səbəblə uzunömürlü nəticə verir.
-
Zirconia – FDA tərəfindən təsdiqlənmiş keramika əsaslı materialdır. Təbii diş rəngində olur, bakteriya yapışmasına daha az meyllidir. Estetik baxımdan daha üstündür.
İmplant materialı seçilərkən yalnız texniki xüsusiyyətlər deyil, həm də qiymət faktorları nəzərə alınmalıdır.
Titan əsaslı diş implantlarının qiymətlərinə təsir edən amillər:
-
Ən çox istifadə olunan implant növüdür.
-
Uzunömürlü, möhkəm və biouyğun materialdır.
-
Estetik baxımdan bəzən metal parıltısı görünə bilər (xüsusən ön diş bölgəsində).
-
Diş implantının qiyməti daha aşağıdır.
Zirkon əsaslı diş implantların qiymətlərinə təsir edən amillər:
-
Metalsız, keramik əsaslı implantdır.
-
Allergiya riski yoxdur, estetik görüntüsü daha təbiidir.
-
Diş əti və diş arasında rəng uyumu yüksəkdir.
-
Çox vaxt ön dişlərdə (gülümsəmə zonasinda) üstünlük verilir.
-
Bu dental implantın qiyməti daha bahadır.
İmplant materialının seçimi zamanı həm büdcənizi, həm də klinik ehtiyaclarınızı nəzərə alaraq həkiminizlə məsləhətləşin.

Diş İmplantı Qiymətləri Bakıda
Azərbaycanda diş implantının qiyməti bir ədəd üçün təxminən 500 manatdan başlayır(klinikalara görə dəyişir). Lakin qiymət istifadə olunan implantın markasından, ölkə istehsalçısından və klinikanın təcrübəsindən asılı olaraq fərqlənir. Bəzən qiymətlərin aşağı olması daha etibarlı nəticələrin alınacağına zəmanət vermir. Buna görə də nəzərə almaq lazımdır ki, klinikanın təqdim etdiyi stomatoloji xidmətlər hüquqi baxımdan təsdiqlənsin. Xüsusilə də implantoloq bu sahədə kifayət qədər təcrübəyə malik olsun. Odur ki, uzun illər sahib olacağınız diş implantının qiymetinin məntiqli olaraq daha yüksək olması başa düşüləndir.
Unutmayın ki, diş implantı uzunömürlü istifadə üçün nəzərdə tutulur. Buna görə də istifadə olunan materialın keyfiyyəti və tətbiq olunan klinikanın peşəkarlığı çox önəmlidir.
RealDent klinikasında təqdim olunan diş implant qiymətləri markalara görə dəyişir:
-
ICX implant – Almaniya istehsalı
-
Straumann implant – İsveçrə istehsalı
Bu implantlar uzunmüddətli və yüksək keyfiyyətli nəticələr təqdim edir. İmplant diş Qiymətləri və daha ətraflı məlumat üçün buraya klik edin.
RealDent klinikası sizə ömürlük implantlar təqdim edir və əməliyyat yalnız lisenziyalı, təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir. Bu, sizin ümumi sağlamlığınız və uğurlu nəticə üçün olduqca vacibdir.

Dental İmplant Qiymətləri: Ödədiyiniz Məbləğə Dəyərmi?
Diş itkisi zamanı qarşıya çıxan ən etibarlı və müasir həll yollarından biri dental implantlardır. Lakin bir çox insan implant diş qiymətlərini yüksək hesab edir və haqlı olaraq bu sualı verir: görəsən, bu məbləğə dəyərmi? Cavab vermək üçün həm qiymətləri, həm də bu texnologiyanın gətirdiyi üstünlükləri nəzərdən keçirmək vacibdir.
İlk olaraq qeyd etmək lazımdır ki, dental implantlar uzunömürlü və davamlı bir həll yoludur. Düzgün qoyulduqda və qayğı göstərildikdə 20 ildən artıq müddətdə problem yaratmadan istifadə oluna bilər. Müqayisə üçün, çıxarılan protezlər və ya diş körpüləri 5–10 ildən bir dəyişdirilməli, təmir edilməli olur. Bu da əlavə xərc və narahatlıq deməkdir. Yəni ilkin baxışda implant daha baha görünsə də, uzunmüddətli perspektivdə daha qənaətcil və dayanıqlı bir sərmayədir. Bu baxımdan implant diş qiymetleri bəzən yüksək görünsə də, əvəzində pasiyent uzun müddət rahatlıq əldə edir.
Estetik və funksional baxımdan da implantlar ən yüksək nəticəni verir. Çeynəmə funksiyası, nitq qabiliyyəti və ümumi rahatlıq təbii dişlərlə eyni səviyyədə olur. Üstəlik, implantlar o qədər təbii görünür ki, ətrafdakılar tərəfindən fərqləndirilməsi belə çətinləşir. Bu, xüsusilə ön dişlərdə estetik görünüşə önəm verən insanlar üçün böyük üstünlükdür.
Diş itkisi nəticəsində çənə sümüyü zamanla sorula bilər və bu, üz quruluşunun dəyişməsinə, çökmüş yanaqlara və daha yaşlı görünüşə səbəb ola bilər. Lakin implant çənə sümüyünü stimullaşdıraraq bu prosesi dayandırır. Bu baxımdan implant yalnız dişi deyil, eyni zamanda üzün anatomik quruluşunu da qoruyur.
Ənənəvi körpü və protezlərdə qonşu sağlam dişlərin yonulması tələb oluna bilər. Bu, gələcəkdə həmin dişlərin də zəifləməsinə səbəb ola bilər. İmplant isə yalnız boş olan sahəyə yerləşdirilir və ətrafdakı sağlam dişlərə heç bir ziyan vurmur. Bu da onu daha ağıllı və konservativ bir seçimə çevirir.
İmplantlar həm də baxım və təmir baxımından rahatlıq təmin edir. Düzgün qulluqla illərlə heç bir əlavə müdaxiləyə ehtiyac olmur. Digər alternativlərdə isə mütəmadi dəyişiklik və baxım ehtiyacı olur ki, bu da əlavə vaxt və maddi resurs tələb edir. Bu səbəbdən implant diş qiymətləri yalnız maddi tərəfdən deyil, həm də uzunmüddətli komfort və sağlamlıq baxımından dəyərləndirilməlidir.