top of page
9.jpg

Diş klinikası seçimi zamanı nələrə diqqət edək?

Bir çox pasiyenti maraqlandıran əsas suallardan biri də budur: diş klinikası seçərkən hansı meyarlar əsas götürülməlidir? Bu sahədə kifayət qədər  klinikanın fəaliyyət göstərdiyini nəzərə alsaq, sağlamlığımız üçün daha effektiv və steril şəraitə malik olan stomatoloji klinikanı seçmək vacibdir. İlk növbədə, həkimlərin peşəkarlığına və klinikanın texniki imkanlarına diqqət yetirilməlidir. RealDent Klinikası da seçilən əsas müasir dental  klinikalardan biridir. Klinika 1998-ci ildən fəaliyyət göstərir və 27 illik təcrübəyə malikdir. Klinika Xətai metrosuna yaxınlığında, 8 Noyabr prospektində, Azure Residence – Megafun binasında yerləşir. RealDent yüksək ixtisaslı həkim heyəti və geniş xidmət sahəsi ilə seçilir və pasiyentlərə fərdi yanaşma əsasında xidmət təqdim olunur.


Diş Klinikası seçimi zamanı  əsas meyarlar

image.png

1.  Keyfiyyətli müalicə üçün diş həkiminin təcrübəsi və sahə üzrə ixtisaslaşması vacibdir. Peşəkar yanaşma uğurlu nəticənin əsasını təşkil edir.

2. Stomatoloji klinikada çalışan həkimlərin tam ali təhsilli olması və klinikanın rəsmi sertifikasiyaya malik olması mütləqdir. Bu, həm hüquqi, həm də tibbi baxımdan vacib şərtdir.

3. Diş klinikası yeni texnologiyalarla təchiz olunmalıdır. 3D rentgen, lazer və rəqəmsal cihazlar müalicənin keyfiyyətini artırır.

4.Hər bir stomatoloji klinika gigiyena və sterilizasiya standartlarına tam əməl etməlidir. Bu, infeksiyaların qarşısını almaq üçün vacibdir.

5.Google və digər platformalarda yazılan müsbət rəylər klinikanın etibarlı olduğunu göstərir. P asiyent təcrübələri seçim zamanı əhəmiyyətlidir.

6. Ortodontiya, implant, estetik və terapevtik xidmətlər təqdim edən diş klinikası pasiyentlərə hərtərəfli müalicə imkanı yaradır.

7. Diş həkimi hər pasiyentə fərdi yanaşmalı və onu müalicə prosesində məlumatlandırmalıdır. Klinikada rahat və stresssiz mühit önəmlidir.

RealDent Stomatoloji Klinikasında hansı stomatoloji xidmətlər təklif edilir?

Diş sağlamlığı üçün düzgün stomatoloji klinika seçimi vacibdir. RealDent diş klinikası müasir avadanlıqlarla təchiz olunmuş, peşəkar həkim heyəti ilə yüksək səviyyəli xidmət göstərir. Klinikada ortodontik müalicə, implant, estetik prosedurlar, terapevtik və cərrahi xidmətlər təqdim olunur. Hər bir prosedur tam steril və rahat şəraitdə həyata keçirilir. RealDent stomatoloji klinika olaraq həm funksional, həm də estetik nəticəyə zəmanət verir.

Ortodontik müalicə
 

  • İmplantologiya
     

  • Estetik stomatologiya
     

  • Zirkonium əsaslı bərpa üsulları
     

  • Metal-keramik protezlər
     

  • Terapevtik müalicələr
     

  • Gigiyenik xidmətlər
     

  • Uşaq stomatologiyası
     

  • Cərrahi stomatologiya
     

  • Anesteziologiya

Diş klinikasında endirimli paketlər və aksiyalar

RealDent diş klinikasında pasiyentlər üçün davamlı olaraq sərfəli kampaniyalar və endirimli müalicə paketləri təqdim olunur. Xüsusilə ortodontik xidmətlər üzrə hissəli ödəniş imkanı mövcuddur ki, bu da uzunmüddətli müalicələri daha əlçatan edir. Müxtəlif mövsümi aksiyalar, ilkin konsultasiya endirimləri və xidmət kombinasiyalarında xüsusi təkliflər də pasiyentlərin məmnuniyyətini artırır. Klinikamız hər kəsin büdcəsinə uyğun keyfiyyətli xidmət göstərməyi əsas prinsip kimi qəbul edir.

Diş klinikasında müasir texnologiyalar və innovativ müalicə üsulları

RealDent diş klinikasında pasiyentlərə ən son stomatoloji texnologiyalar əsasında xidmət göstərilir. Klinikada istifadə olunan breket sistemləri Almaniya və ABŞ istehsalıdır və yüksək keyfiyyət standartlarına cavab verir. Şəffaf elaynerlər xüsusi kompüter proqramları vasitəsilə hər pasiyentin ağız quruluşuna uyğun olaraq planlaşdırılır və hazırlanır. Müasir skanerlər, 3D rentgen və rəqəmsal ölçü sistemləri ilə daha dəqiq diaqnoz və effektiv müalicə təmin olunur. Realdent stomatoloji klinikası texnologiya və tibbi innovasiyaları praktikaya tətbiq edən qabaqcıl mərkəzlərdən biridir.

Uşaqlar üçün diş klinikasında təhlükəsiz və peşəkar stomatoloji müalicə

Uşaqların diş müalicəsi fərqli yanaşma və xüsusi diqqət tələb edir. RealDent diş klinikasında uşaqlar üçün stomatoloji xidmətlər sedasiya ilə, tam təhlükəsiz və rahat şəkildə həyata keçirilir. Bu metod uşaqlarda stomatoloq qorxusunu aradan qaldırır və müalicə prosesini daha effektiv edir. Klinikamızda sedasiya ilə müalicə üçün rəsmi sertifikasiya və fəaliyyət icazəsi mövcuddur. RealDent diş klinikası olaraq valideynlərə övladlarını etibar edə biləcəkləri peşəkar və komfortlu bir tibbi mühit təqdim edirik.

İŞ GÜNLƏRİ

BAZAR ERTƏSİ - ŞƏNBƏ 

10:00 - 20:00 

BAZAR - QEYRİ İŞ GÜNÜ

ÜNVAN

8 Noyabr pr. 15, Azure Residence

Megafun Building

Bizə zəng edin |+994502354333

ag.png
  • Instagram
  • Facebook
  • LinkedIn
  • YouTube
bottom of page